Bakıda "Ferrari" ilə qəza törədən xanım Eldar Mahmudovun qızı çıxdı (FOTO)
Bir müddət əvvəl Bakının Heydər Əliyev prospektində ''Hyundai'' və ''Ferrari'' markalı avtomobillərin toqquşmasını çoxları xatırlayır. Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyevanın "Hyundai" markalı avtomobili sərxoş vəziyyətdə olan xanım sürücünün idarə etdiyi 10 SN 009 dövlət nömrə nişanlı "Ferrari" ilə toqquşmuşdu.
Qəzadan dərhal sonra xanım sürücü avtomobilin nömrələrini sökərək hadisə yerindən qaçmışdı. Həmin vaxt ''Ferrari''nin ilk olaraq dövlət nömrə nişanının 10 VV 200 olduğu barədə xəbər yayılsa da, bu avtomobilin tanınmış iş adamı Şərurlu İsfəndiyarın ailəsinə məxsus olduğu deyilirdi.
BAKU.WS bildirir ki, criminal.az-a həmin ''Ferrari''nin sükanı arxasında olan xanımla bağlı maraqlı məlumat daxil olub. Bildirilir ki, ''Ferrari''nin sükanı arxasında olan xanım bir müddət əvvəl işdən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qızı olub. Qəza zamanı həmin əraziyə ''Niva'' markalı maşın gəlib, naməlum şəxs ''Ferrari''nin nömrələrini çıxarıb və qızı ərazidən uzaqlaşdırıb.
Xatırladaq ki, qəzadan sonra Z.Dostəliyevanın ''Ferrari''nin sahibindən yeni avtomobil tələb etməsi deyilsə də, sonradan müğənni bunu təkzib etdi.
BAKU.WS
Oxşar xəbərlər
"Galendewagen"i ilə qəza törədən qadın kimdir? (VİDEO)
Dünən Bakı şəhərində qəzaya uğrayan 99 CL 999 nömrə nişanlı "Galendewagen" markalı avtomobilin olimpiya çempionu Toğrul Əsgərova məxsus olduğu barədə məlumat ya...