"Galendewagen"i ilə qəza törədən qadın kimdir? (VİDEO)

Galendewageni ilə qəza törədən qadın kimdir? (VİDEO)
Video
Hadisə 13260

 

Dünən Bakı şəhərində qəzaya uğrayan 99 CL 999 nömrə nişanlı "Galendewagen" markalı avtomobilin olimpiya çempionu Toğrul Əsgərova məxsus olduğu barədə məlumat yayılsa da, sonradan bildirildi ki, guya Toğrul həmin avtomobili bir neçə ay əvvəl dövlət nömrə nişanı ilə birlikdə yüksək rütbəli polis zabitinə satıb.

Lakin avtosfer.az-ın apardığı kiçik araşdırma zamanı məlum olub ki, sözügedən avtomobil Əsgərov Elman Nadir oğluna məxsusdur. Yəni, DYP-nin Mərkəzi İnformasiya Sistemində maşının sahibi bu şəxsdir. Lakin eyni zamanda, avtomobil etibarnamə ilə Əsgərov Toğrul Şəhriyar oğluna verilib. O zaman belə məlum olur ki, "Galik"i idarə edən xanım sürücünün bu avtomobili sürməyə hüququ yox imiş. Hazırda isə avtomobil elə olimpiya çempionu Toğrul Əsgərovun özündədir. Belədirsə, çempion qaydaları pozaraq avtomobili başqasına nədən verib və ya izi azdırmaq üçün maşını polisə satması barədə xəbəri niyə yayırlar?

Məlumat üçün bildirək ki, qəzaya uğrayan avtomobilin sükanı arxasında xanım sürücü olub. O, 20 Yanvar dairəsi yaxınlığında "Galendewagen"in idarəetməsini itirərərək aşırıb.

Qeyd edək ki, 99 CL 999 dövlət nömrə nişanı əvvəllər T.Əsgərova məxsus "Porsche" markalı avtomobilin üzərində olub.

BAKU.WS

Son xəbərlər