Bakıda 8 DYP maşını "KİA"nı qovdu, qəzadan sonra təkərlərini deşdilər - FOTOLAR

Bakıda 8 DYP maşını KİAnı qovdu, qəzadan sonra təkərlərini deşdilər - FOTOLAR
Hadisə 6775
 

Bakıda yol polisinin təqib etdiyi avtomobil qəza törədib.

 

BAKU.WS qaynarinfo.az-a istinadən verdiyi məlumata görə, yol polisinin "saxla" əmrinə tabe olmayaraq ərazidən uzaqlaşan "KİA" markalı, 90 SB 808 dövlət nömrə nişanlı minik avtomobili yoldan çıxaraq qəza törədib. Həmin avtomobilin 8 yol polisi avtomobili ilə təqib edildiyi bildirilir.

Qəza nəticəsində xəsarət alan olmayıb. Polis əməkdaşları sürücünün maşını yenidən işə salıb qaçmasının qarşısını almaq üçün avtomobilin təkərlərini deşiblər. Sürücünün hansı səbəbdən əmrə tabe olmamasının səbəbi hələlik məlum deyil. 

BAKU.WS

Oxşar xəbərlər

Bakıda qəzada polis əməkdaşı öldü

Bakıda qəzada polis əməkdaşı öldü

Bakıda sərnişin avtobusu qəza törədib. BAKU.WS APA-ya istinadən məlumat verir ki, hadisə bu gün səhər saatlarında "Ay işığı” restoranının qarşısında qeydə alın...

1685 Hadisə 11:10 25 aprel 2016

Son xəbərlər