Nazpərinin bacısına ziyan vuran "Ferrari" kimindir? - 10 VV 200 (FOTO)

Nazpərinin bacısına ziyan vuran Ferrari kimindir? - 10 VV 200 (FOTO)
Hadisə 9174

  Bir neçə gün öncə Bakıda qəza törədib qaçan ''Ferrari'' markalı avtomobilin xanım sürücüsü hələ də gizli saxlanılır. Həmin sürücü ''Ferrari'' ilə müğənni Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyevanın yol kənarında saxladığı maşınına çırpılıb, sonra isə maşının nömrəsini çıxararaq ərazidən uzaqlaşmışdı. BAKU.WS xəbər verir ki, criminal.az saytı ''Ferrari''nin sükanı arxasında olan şəxsin kimliyini öyrənə bilməsə də, qəza törədən avtomobilin dövlət nömrə nişanını öyrənib - 10 VV 200. Qəza zamanı 'Ferrari''nin üzərində olan  10 VV 200 nömrəsi Bakıda bir neçə bahalı maşınlara da vurulub. Criminal.az-ın əldə etdiyi məlumata görə, həmin dövlət nömrə nişanı olan maşınlar "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovun nəvələrinə məxsusdur. Onun oğlu Allahverdi Axundov da bir neçə ay əvvəl 10 LN 200 dövlət nömrə nişanlı "Lamborghini" ilə gündəmə gəlmişdi. Hətta İ.Axundov oğlu haqda yayılmış məlumatlara qəribə reaksiya da vermişdi: "Hə, nə olsun? Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyəti var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki... Maşın sürüb də. Başqa nə iş görüb?" Maraqlısı odur ki, qəza törədən ''Ferrari''nin sükanı arxasında olan xanım sürücünün kim olmasını polisdən də dəqiqləşdirmək mümkün olmadı. Görünür, yol polisi dövlət nömrə nişanlarını qanunsuz olaraq bir neçə avtomobilə bağlayan şəxslərin ifşa olunmasında maraqlı deyil. Ziya Səccad BAKU.WS

 

 

 

 

 

Oxşar xəbərlər

Nazpəri Dostaliyevanın bacısı sərxoş halda "Ferrari" ilə qəza etdi (VİDEO)

Nazpəri Dostaliyevanın bacısı sərxoş halda "Ferrari" ilə qəza etdi (VİDEO)

Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, hadisə şahidləri Ölkə.Az-a bildirib ki, axşam saatlarında Heydə...

4749 Hadisə 10:17 30 sentyabr 2015

Son xəbərlər