İstirahət gününün qoroskopu - (22.04.2018)

İstirahət gününün qoroskopu - (22.04.2018)
Şou-biznes 2484
BAKU.WS istirahət gününün - 22 aprelin proqnozunu təqdim edir:QOÇ – Təzadlı gündür. Çılğınlığınız böyük mübahisələrə səbəb ola bilər. Hadisələrə diplomatik yanaşın. Hisslərinizdə sevgiyə yer ayırın. Nəticəsi sizi sevindirəcək.BUĞA – Gərgin gündür. Kəskin fikirlər səsləndirməyin, şəxsi və karyeranıza mənfi təsiri ola bilər. Əks cinsin nümayəndələrilə münaqişələr gözlənilir. Sağlamlığınıza diqqət edin.ƏKİZLƏR – Maddi durumunuz xərclərinizlə üst-üstə düşmür. Bu səbəbdən də iri alış-verişlərdən qaçın. Gün səyahət üçün əlverişlidir. Hazır olun, axşam baş ağrıları ola bilər. XƏRÇƏNG – Bu gün fərqli bir şeylər edin, məsələn, səyahətə çıxın. Bu yeni görüşlər və tanışlıqlar, eləcədə işlərinizdə yüksəliş deməkdir. Doğmalarla mehriban olun. Sevgilinizə vaxt ayırın.ŞİR – Bu gün ən yaxşısı adət etdiyiniz işlərlə məşğul olun. Mühüm addımlar atmayın. Təmkinli olmasanız yaxın insanlarla mübahisə gözlənilir. Bu da sağlamlığınızda ciddi problemlər yarada bilər.QIZ – Şəxsi mövqeyinizin möhkəmləndirilməsi üçün uğurlu gündür. Qətiyyətli olun! Qorxmayın, sevgiliniz sizi aldatmır, əksinə sizi düşündüyünüzdən çox sevir.TƏRƏZİ – Günün müsbət tendensiyası bütün fəaliyyətinizdə özünü göstərəcək. İntiusiyanız və ayıq başla düşünməniz sizə uğurlar gətirəcək. Gözlənilməz xoş xəbər gələn həftəyə qurduğunuz planları dəyişəcək. ƏQRƏB – Bu gün yaxın çevrənizdəki insanların həyatında gözlənilməz dəyişikliklər baş verə bilər. Həyat dözümlü olmanızı tələb edir. Yaşlı və azyaşlıların sağlamlığı qəfildən pisləşə bilər.OXATAN – Ulduzlar hisslərinizi coşğun büruzə verməməyi məsləhət görür. Özünüzü ələ alın. İstənilən çılğınlıq böyük münaqişəyə gətirib çıxara bilər. OĞLAQ - Ulduzlar oğlaq qadınlara ekstravaqant addımlar atmağa meyilli olmamağı məsləhət görür. Tez bir zamanda uğur qazanmaq istəyi əsəb sarsıntısına səbəb ola bilər. Oğlaq kişilər doğmalarına diqqət ayırmalıdırlar. Bütün problemləri sülh yolu ilə həll edə bilərsiz.DOLÇA – Ruhi yüksəliş ehtimal edilir. Başa düşəcəksiz ki, arzuların həyata keçməsi həmişə xoşbəxtlik gətirmir. İnsan bəzən nə istədiyini dəqiq bilmir.BALIQLAR – Fikir ayrılıqları və anlaşılmazlıqlarla dolu gündür. Maddi durumunuza real baxmanız məsləhətlidir. Vəziyyəti subyektiv dəyərləndirməyin. Bu gün doğmalarla kompromisə getməyi bacarın. Ən yaxşısı enerjinizi işə yönəldin – sizi uğur gözləyir.BAKU.WS

Oxşar xəbərlər

Ulduzlar şənbə gününə nə vəd edir? - PROQNOZ

Ulduzlar şənbə gününə nə vəd edir? - PROQNOZ

BAKU.WS homo.mail.ru-ya istinadən 21 aprelin proqnozunu təqdim edir:QOÇ- Münaqişələrdən və fikir ayrılıqlarından qaçmaq asan olmayacaq. Bu gün tez-tez iradlar v...

1733 Şou-biznes 00:13 21 aprel 2018

Son xəbərlər