Astrolojo proqnoz - 26 aprel

Astrolojo proqnoz - 26 aprel
Şou-biznes 1635
 

Qoç - səhər saatlarında qeyri-ciddi adamların xoşagəlməz rəftarı ilə üzləşəcəksiniz. Ovqatınızın korlanmasına imkan verməyin. 

Buğa - maraqlı görüşlər gözlənilir. Sizi böhranlı vəziyyətdən çıxaracaq insanlarla qarşılaşacaqsınız.

Əkizlər - işgüzar və riskli sövdələşmələrdən yayının. Gün ərzində dostlarınızla bir yerdə olun.

Xərçən - bəxtiniz üzdə olacaq. Mövcud potensialınızdan maksimum bəhrələnin. 

Şir - məqsədlərinizi həyata keçirməkdə bəzi maneələrlə üzləşəcəksiniz. Büdcənizdə artım mümkündür.

Qız - Şəxsi işlərinizdə böyük dönüş gözlənilir.Ünsiyyətcil olun. 

Tərəzi - günün əsas hissəsi gərgin və stressli keçəcək. Nahardan sonra yalnız istirahətə vaxt ayırın. 

Əqrəb - gələcəklə bağlı planlarınızı reallaşdırmaq üçün indidən fəaliyyətə keçin. Əzmkarlığınızı artırın.

Oxatan - insanların obyektiv rəyləri ilə razılaşmalısınız. Məsləhət almaqdan çəkinməyin. 

Oğlaq - yalnız öz gücünüzə güvənməlisiniz. Kənar müdaxilələrə və məsləhətlərə o qədər də əhəmiyyət verməyin. 

Dolça – layihələrinizi dirçəltmək üçün bəzi şəxslərə müraciət etməyiniz səmərə verə bilər. Qonaq getmək üçün yaxşı gündür.

Balıqlar – ağlınızdakı yeni ideyaları reallaşdırmağı bacarsanız, hər şey ürəyinizcə olacaq. Səhhətinizə diqqət edin.

Oxşar xəbərlər

Astroloji proqnoz - 21 aprel

Astroloji proqnoz - 21 aprel

Qoç – bütün fəaliyyətinizi hədəfləriniz istiqamətində qurun. Sizə faydası olacaq məlumatları əldə etmək üçün tələsməyin. Buğa – səmimi qəlbdən istəmədiyiniz h...

1330 Şou-biznes 00:03 21 aprel 2016

Son xəbərlər