Astroloji proqnoz - 21 aprel

Astroloji proqnoz - 21 aprel
Şou-biznes 1330
 

Qoç – bütün fəaliyyətinizi hədəfləriniz istiqamətində qurun. Sizə faydası olacaq məlumatları əldə etmək üçün tələsməyin. 

Buğa – səmimi qəlbdən istəmədiyiniz heç bir işə əl atmayın. İmicinizi qorumaq üçün xeyriyyə işlərinə yönələ bilərsiniz. 

Əkizlər - romantik dəqiqələr keçirəcəksiniz. Şəxsi həyatınızda gələcəklə bağlı qərarlar almaq vaxtıdır. 

Xərçəng – ətrafınızda baş verənlərə biganə yanaşmayın. İnsanları tənqid etməzdən öncə yaxşı-yaxşı düşünün.

Şir – fəaliyyətinizdə sizə köməyi dəyəcək insanlarla münasibətləri yaxşılaşdırın. Bu gün romantizm üçün uyğun vaxt deyil.

Qız – fikirlərinizi dostlarınızla bölüşün. Uzun müddətli planlarınızın həyata keçməsi üçün fəaliyyətə başlamaq zamanıdır.

Tərəzi – xəstəlik bütün planlaırnızı alt-üst edə bilər. Stress azaldan qidalara yönəlin. Əsəblərinizi cilovlamağı öyrənin. 

Əqrəb – uğur qazanmaq üçün dostlarınızla gücünüzü birləşdirməlisiniz.  Əyləncəyə vaxt ayırın. 

Oxatan – eşq həyatınızda qarışıqlıq baş verəcək. Yalan danışmağa cəhd etməyin. Bu vəziyyəti daha da kəskinləşdirə bilər. 

Oğlaq – qərar verməzdən öncə qarşınızdakı insanı dinləyin və onu başa düşməyə çalışın. Ağıllı seçimlər etməlisiniz.

Dolça – qonaqpərvərliyiniz başınıza iş açacaq. 

Diqqətli olun!

Balıq – sağlam həyat tərzinə keçin. Belə getsə, xroniki xətəliklərə yaxalanacaqsınız.

BAKU.WS

Oxşar xəbərlər

Astroloji proqnoz - 18 aprel

Astroloji proqnoz - 18 aprel

Qoç - Maddi baxımdan sizi rahatlaşdıracaq fürsətlərlə qarşılaşacaqsınız. Fikirləriniz, ideyalarınız sayəsində umduğunuzdan daha çox qazanc əldə edəcəksiniz. B...

5 Şou-biznes 00:03 19 aprel 2016

Son xəbərlər