Astroloji proqnoz - 11 aprel

Astroloji proqnoz - 11 aprel
Şou-biznes 1551
 

Qoç - Doğru planlar qurduğunuz təqdirdə ağlınıza qoyduğunuz hər işin öhdəsindən gələcəksiniz. Eşq həyatınızda əyləncəli stüasiyalar yaşanacaq.

Buğa - Nə istədiyinizi dəqiqləşdirin. Onda hansı yolla irəliləməli olduğunuzu daha aydın görəcəksiniz. Sevdiyiniz insanlarla əyləncəli vaxt keçirəcəksiniz.

Əkizlər - Özünüzü yaxşı hiss etmək istəyirsinizsə, hobbilərinizə vaxt ayırın. İstirahət günü olmasından istifadə edərək özünüzü əzizləyin. Xeyriyyəçilik işlərinə dəstək verə bilərsiniz.

Xərçəng - Dostlarınız və ya ailənizlə bağlı problemlərinizi hisslərinizə güvənərək həll edə bilərsiniz. Evinizdə kiçik dəyişikliklər edəcəksiniz.

Şir - Duyğularınızı idarə edin. Əks təqdirdə xoşagəlməz situasiyalar baş verə bilər.

Qız - Əsəbi insanlardan uzaq durum. Heç kimlə mübahisəyə girməyin.

Tərəzi - Şəxsi həyatınıla bağlı ciddi hadisələr baş verəcək. Ayrılıq görünür.

Əqrəb - Yeni insanlarla ünsiyyətə girəcəksiniz. Bu sizə karyera pillərini qalxmaqda faydalı olacaq.

Oxatan - Hər eşitdiyinizə inanmayın. Bu xüsusiyyətiniz  sevdiklərinizi sizdən uzaqlaşdırır.

Oğlaq - Ətrafınızdakı insanların həssas və zəif nöqtələrini bilirsiniz. Ancaq bundan istifadə etməyin. Əks halda xoşa gəlməz hadisələr baş verə bilər.

Dolça - Hədəflərinizə çatmaq üçün əlinizdən gələni etməlisiniz. Çəkinizə diqqət edin. Köklük sağlamlıq problemlərinə səbəb ola bilər.

Balıq - Yuxularınız çin çıxacaq. Pozitiv düşünməyə çalışın.

Oxşar xəbərlər

Astroloji proqnoz - 08 aprel

Astroloji proqnoz - 08 aprel

Qoç - O qədər də uğurlu gün deyil. Bir tərəfdən ətrafınızda lazımı adamların olmaması, digər tərəfdənsə əsəbi situasiyalar ovqatınızı korlaya bilər. Buğa - Səh...

1127 Şou-biznes 00:01 08 aprel 2016

Son xəbərlər