Astroloji proqnoz - 19 mart
Qoç - Pul mövzusunda üzünüz güləcək. Sosial həyatda aktiv olacaqsınız. Hədəflərinizə doğru böyük bir addım atacaqsınız. Sadəcə səhhətinizə diqqət edin, başqa hər şey ürəyinizcə olacaq.
Buğa - Reallıqdan uzaq olan fikirlərə baş qoşmayın. Xəyal qurmaq yaxşıdır, ancaq ayaqlarınız yerə möhkəm basmalıdır.
Əkizlər - İşlərinizi həll etmədən, əyləncəyə vaxt ayırmayın. Nə istədiyinizi özünüz də bilmirsiniz. Aqressiv davranmayın.
Xərçəng - Planlarınızı reallaşdıra bilmirsiniz. Həm maddi, həm də mənəvi problemlər buna mane olur.
Şir - Diqqətiniz dağınıqdır. Ona görə də, başınıza iş gələ bilər. Yol gedərkən, qazla, elektriklə işləyərkən diqqətli olun.
Qız - Dostlarla, qohumlarla əlaqələrinizi gücləndirəcəksiniz. Yeniliklərə qarşı qapalısınız, vərdişlərinizi dəyişmək istəmirsiniz. Bu isə həyatınızı çətinləşdirir.
Tərəzi - Baş və ayaq ağrısından zəiyyət çəkəcəksiniz. Stressə məruz qalacaq, əsəb keçirəcəksiniz. Bitki çayları için.
Əqrəb - Qidalanma rejiminizə diqqət edin. Çoxdan bəri arzuladığınız bir xəyalınızı reallaşdırmaq imkanı yaranacaq.
Oxatan - Bir yolun başlanğıcındasınız. Yeni bir həyat tərzinə keçid edəcəksiniz.
Oğlaq - Özünüzü ifadə etməkdə çətinlik çəkirsiniz. Bunu sənət vasitəsilə edəcəksiniz. Özünüzü sınayın. İstedadınız var.
Dolça - Şəxsi həyatınızı alt-üst edəcək hadisələrlə üzləşəcəksiniz. Sağlamlığınıza fikir verin. Yaxşı qidalanın.
Balıq - Neqativ enerjini uzaqlaşdırın. Pozitiv düşünməyə çalışın. Hər şey qaydasına düşəcək. Narahatlıq keçirməyinizə dəyməz.
Oxşar xəbərlər
Astroloji proqnoz - 18 mart
Qoç - Sevgilinizlə aranızda qalmalı olan məsələləri ətrafınızla bölüşməyiniz onu narahat edə bilər. Şəxsi həyatla iş həyatını qarışdırmayın. Heç nəyin əhval-ruh...