Günün falı: Bu gün qadınların günüdür
BAKU.WS bu günün ulduz falını təqdim edir:
QOÇ - Yenilikləri dəyərləndirin. Öz işinizlə məşğul olun. Bu gün keçiriləcək görüşlər və danışıqlar uğursuz ola bilər. Mühüm saydığınız işlər diqqət tələb edəcək. Bu gün qoç bürcü altında doğulan qadınların günüdür.
BUĞA -Bu gün yarımçıq qalan işi başa vurun. Münasibətlərinizi qaydaya salmağı da unutmayın, bəzi əlaqələrinizi genişləndirməyiniz məsləhətdir.
ƏKİZLƏR - Eşidəcəyiniz xəbər sizi həyəcanlandıracaq. Bu gün böyük məbləğli pul xərcləməyin və yaxud borc götürməyin. İdeyalarınızı reallaşdırmaq baxımından əlverişli gündür.
XƏRÇƏNG -Tənha qalmaq istəmirsinizsə, maraqlı insanların arasında olmağa çalışın. Maraqlı və ya sərfəli məqamlardan yararlanın. Yeni planlar qurmaq üçün əlverişli zamandır.
ŞİR -Tələsik qərarlar qəbul etməyin. Mühüm işlərinizi günün ilk yarısına planlaşdırın. Günün ikinci yarısında bu işlərin bəziləri baş tutmaya bilər. Səhhətinizə fikir verin. Qida rasionunuza diqqət yetirin.
QIZ - Bu gün hər işinizi planlı görün. Axşam saatlarını dostlarla keçirmək olar. Romantik münasibətlərdə tələsməyin, hadisələrin inkişafına müdaxilə etməyin. TƏRƏZİ - Enerjinizi boş söhbətlərə tükətməyin. Yaxşı olar ki, mühüm işləri icra edəsiniz. Şəxsi münasibətlərdə inkişaf gözlənilir.
ƏQRƏB - Mübahisə, münaqişə yaradacaq olaylardan uzaq durun. Qayda-qanuna riayət etsəniz çətinliyə də düşməzsiniz. Yaxınlardan yardım istəmək olar.
OXATAN - Cari məsələləri həll edin. Çalışın ki, bu gün kimsənin xətrinə dəyməyəsiniz. Problemlərinizi yaxınların üstünə atmayın. Düşdüyünüz durumdan çıxış yolu tapın.
OĞLAQ -Işdə həmkarlarınızla ünsiyyətdə anlaşılmazlıq yarana bilər. Işgüzar və şəxsi münasibətlərdə yaranan boşluğu doldurmağa tələsməyin. Bu gün qəti qərarlar verməyə tələsməyin.
DOLÇA - Bu gün faydalı işlər görəcəyiniz istisna deyil. Gözlənilməz qonağın gəlişinə hazır olun. Problemlərin həlli baxımından da əlverişli və məhsuldar gündür.
BALIQLAR - Böyük ümidlər bəslədiyiniz planların reallaşdırılmasını bu günlük təxirə salın. Ünsiyyət dairənizi genişləndirin. Gələcəklə bağlı planlarınızda dəyişikliklər etməyiniz tövsiyə olunur. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Günün ulduz falı: bu gün sizi sürpriz gözləyir
Astroloqlar bu günün ulduz falını açıqlayıblar. Qoç - ötən həftə yaranmış bir sıra problemləri həll edə bilərsiniz. Aktiv fəaliyyət zamanıdır. Çözüm və həlli...