Ulduzlar şənbə gününə nə vəd edir? - PROQNOZ

Ulduzlar şənbə gününə nə vəd edir? - PROQNOZ
Şou-biznes 1733
BAKU.WS homo.mail.ru-ya istinadən 21 aprelin proqnozunu təqdim edir:QOÇ- Münaqişələrdən və fikir ayrılıqlarından qaçmaq asan olmayacaq. Bu gün tez-tez iradlar və lazımsız məsləhətlər eşidəcəksiz. Yumor hissini işə salsanız yaxşı olar. BUĞA- Bu gün qeyri-formal şəraitdə görüşlər üçün daha münasibdir. Dostlarla ünsiyyət qurun. Yeni xəbər və ya gərəkli məsləhət alacağınız istisna deyil. Hansısa layihənin reallaşdıra bilərsiz. Şansınız gətirəcək. Gözlənilməz səfərlər ola bilər. ƏKİZLƏR - Girişdiyiniz hər hansı işin nəticə verməsində tələsməyin. Bu gün sizdən səbr tələb edir. İnsanlarla dil tapmaq həmişə asan deyil. Qısqanclıqdan yaranan münaqişə istisna deyil. XƏRÇƏNG - Mühüm işləri bu günə planlaşdırmaq lazım deyil. Təmkinli olun, istənilən fikir ayrılığı ciddi münaqişəyə çevrilə bilər. Gün yaradıcı işlər üçün əlverişlidir. Bir çox xərçənglər istedadlarını üzə çıxaracaq. ŞİR - Adi gün deyil. Uğur qazanmaq asan olmayacaq. Bu sizi qıcıqlandıracaq və vəziyyətin belə alınmasında günahı olmayan birinə qəzəblənə bilərsiz. Səbrli olsanız bu baş verməyəcək. QIZ- Uğurlu gündür. Gözə çarpacaq uğurlar əldə edə bilərsiz. Sizin maraqlarınızı güdən təcrübəli insanların məsləhəti lazımdır. Səfərlər planlaşdırmaq üçün yaxşı gündür. TƏRƏZİ- Hər şey asanlıqla əldə edilmir. Buna baxmayaraq siz ruhdan düşmürsüz və təslim olmursuz. Əksinə, çətinliklər sizi daha da güclü edir. Vacib işlərin həllindən sonra dincəlmək şansınız olacaq. ƏQRƏB - Ünsiyyət üçün əlverişli gündür. Sizinlə eyni fikirdə olmayan insanlarla belə dil tapa biləcəksiz. Romantik münasibətlərin başlanğıcı istisna deyil. Belə münasibətlər sürətlə inkişaf edəcək. OXATAN - Bu gün sizə asan olmayacaq. Yolunuza maneələr çıxa bilər. Dostlarla mübahisə istisna deyil. Siz kompromisə getmək və yaxşı münasibətləri qorumaq istəyəcəksiz, lakin bu həmişə alınmaya bilər. Yaxınlarınız bu gün sizi tənqid atəşinə tutacaqlar. OĞLAQ - Gün o qədər də məhsuldar deyil, lakin xoş bir gündür. Buludlarda uçursuz. Həyatınızı yaxşıya doğru dəyişmək yönündə fikirləşirsiz. Günün ikinci yarısında çətinliyə düşən yaxın insana kömək etmək şansınız olacaq. DOLÇA- Gün heç də yaxşı başlamayacaq; birinci yarısında anlaşılmazlıqlar olacaq, maliyyə itkiləri və uğursuz alış-veriş gözlənilir. Buna baxmayaraq, çoxdan düşündüyünüz planları həyata keçirmək şansınız olacaq. Ailə məsələlərinə diqqət ayırın. Doğmalarınıza sizin köməyiniz və ya məsləhətiniz lazım ola bilər. BALIQLAR - Gün yetərincə gərgindir. Əvvəl yaxşı münasibətdə olduğunuz insanlarla dil tapa bilməyəcəksiz. Tərəfdaşlarınız kömək etmək istəməyəcəklər. Hər xırda xoşagəlməzliyi ürəyinizə çox yaxın buraxırsız. Səhvlər buraxacaqsız, lakin vəziyyəti tezliklə düzəldəcəksiz. Özünüzü çox yormayın. Bu gün fiziki işdən uzaq olun.BAKU.WS

Oxşar xəbərlər

Bürclər bu günə nə vəd edir? (20:04:2018)

Bürclər bu günə nə vəd edir? (20:04:2018)

BAKU.WS homo.mail.ru-ya istinadən bu günün - 20 aprelin proqnozunu təqdim edir:QOÇ – Uğurlu gündür. Bır çox problemləri həll etmək imkanı yaranacaq və işləriniz...

2877 Şou-biznes 00:05 20 aprel 2018

Son xəbərlər