Bürclər nə vəd edir? - 01 iyun
Qoç - Səhhətinizdəki nasazlıq bütün əhvalınızı korlayacaq. İşiniz çətinləşəcək. Risk etməyə çalışmayın.
Buğa – Gün ərzində başınıza gələnlər ürəyinizcə olacaq. Şəxsi büdcənizdə artım gözlənilir.
Əkizlər - Ehtiyatlı olun. Hər addımınızı yüz ölçüb bir biçin. İlk növbədə riskli hərəkətlərdən, tələsik qərarlardan uzaq olun.
Xərçəng - Yeni işlərə başlamaq üçün uğurlu gündür. Bəxtiniz gətirə bilər.
Şir - Maliyyə işlərinizdə müəyyən geriləmə mümkündür. Qalan məsələlərdə isə üzünüz güləcək.
Qız - İmkan daxilində oturaq işlərdən uzaqlaşın. Qohumları ziyarət edin.
Tərəzi - Əməkdaşlıq etdiyiniz insanlarla diqqətli olun. Günün ikinci yarısında sürprizləriniz olacaq.
Əqrəb - Hər tərəfdən sizə maneələr olacaq. Vəziyyətdən çıxmaq üçün tələsik qərarlar verməyin. Zaman hər şeyi həll edəcək.
Oxatan - Aktiv olun. Mənfi düşüncələri özünüzdən uzaqlaşdırın.
Oğlaq – Həyatınızın ən şanslı gününü yaşayacaqsınız. Çoxdan bəri arzusunda olduğunuz hər planınız reallaşacaq.
Dolça – Həyatınızla bağlı hər bir qərarı dəfələrlə götür-qoy edin. Yeni ideyalar sizə faydadan çox zərər gətirə bilər.
Balıq - Havaların dəyişkənliyi əsəblərinizi korlayacaq. Yeni təkliflər alsanız, imtina etməyə tələsməyin.
Oxşar xəbərlər
Bürclər nə vəd edir? - 31 may
Qoç - Səhər saatlarından etibarən, aktivliyinizi artırmalısınız. Yaxın dostlarınız çətinliklərin öhdəsindən gəlməyə kömək edəcəklər. Buğa - Qarşılaşdığınız pro...