Saxlanıldıqdan sonra sərbəst buraxılan məşhurlardan İLK AÇIQLAMA

Türkiyədə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən narkotik və ya stimullaşdırıcı maddə istifadəsi iddiası ilə başladılan istintaq çərçivəsində saxlanılan 19 məşhurun qan testləri götürüldükdən sonra sərbəst buraxılıblar.
BAKU.WS xəbər verir ki, onlardan bəziləri yaşadıqları hadisədən sonra ilk dəfə açıqlama verib.
Elə həmin gün sərbəst buraxıldıqdan sonra Ankaraya gedən müğənni Hadise orada səhnə alıb. Pərəstişkarları qarşısına çıxan sənətçi həmin an yaşadıqlarından danışarkən kövrəlib.
O belə bir münasibətə layiq olmadığını vurğulayıb.
"Bu gün səhər qorxaraq yuxudan oyandım. Bacım mənim evimdə qalmışdı. Yanımda idi. Dedim ki, Derya, nə baş verir? Dərhal mühafizə xidmətinə zəng etdim. Dedilər ki, "Jandarm Komandanlığı sizi almaq üçün buradadır". Bu cümlə dəhşətlidir. Bu hər kəsin başına gələ bilər. Amma bunu demək istəyirəm ki, siqaret belə çəkmirəm. Bu gün belə xatırlanmaq çox üzücüdür. Qan və saçlarımdan test nümunələri götürüldü. Tezliklə hər şey aydın olacaq. Bu günü yaşamaq istəməzdim".
Sosail media fenomeni Dilan Polat isə gecə evində video çəkərək sosial şəbəkədə yayıb. O yaşananlardan dolayı çox kədərləndiyini bildirib:
"Bu hadisə bizi çox kədərləndirdi. Tərəfimizdən qaəbul ediləcək birşey də deyil. Lakin dövlətimizin necə uyğun gördüsə bizdə onu yerinə yetirdik. Alnımız ağ, başımız dikdir. Həyatımın heç bir dövründə belə bir mühitdə yer almadım. Bunu yaxın ətrafım da bilir".
Saxlanılmasından danışan müğənni İrem Derici isə mətbuata açıqlamasında test nəticələrində heç bir narkotik maddə aşkarlanmayacağını qətiyyətlə qeyd edib:
"Alnım ana südü kimi ağdır. Hələ o testlərin nəticələri gəlsin. Küçə-küçə ev-ev gəzib o nəticələri hamıya göstərəcəyəm. Bu barədə kim şikayət edib heç bir məlumatımız yoxdur. Mən özümə cavabdeham. Həddən artıq da rahatm".
Xatırladaq ki, istintaq çərçivəsində 19 məşhur, o cümlədən İrem Derici, Hadise, Berrak Tüzünataç və Dilan Polat kimi məşhurlar saxlanılıblar. Onlar ifadələrinin alınması üçün İstanbul Jandarm Komandanlığına aparılıblar.
Prosedur başa çatdıqdan sonra məşhurların qan analizlərinin götürülməsi məqsədilə onlar Məhkəmə Tibb Müəssisəsinə göndəriliblər.
Qan nümunələri götürüldükdən sonra, prokurorluğun göstərişi ilə bütün şəxslər sərbəst buraxılıblar.

Oxşar xəbərlər
Selena Qomezə böyrəyini verib, toyuna çağırılmayan rəfiqəsi danışdı
Selena Qomezin təmtəraqlı toyunda ona böyrəyini verən rəfiqəsi Fransiya Raysın olmaması müzakirələrə səbəb olmuşdu. BAKU.WS xəbər verir ki, o bu barədə ilk də...
