Murad Dadaşovdan "Pole Çudes" fırtınası: Rusiya hələ Azərbaycanı belə tanımamışdı (VİDEO)
16
dek
2017
10:31
Rusiyanın 25 ildən artıqdır ən məşhur və reytinqli verilişlərindən olan “Pole Çudes”in ötən gün axşam efirə gedən buraxılışı 20 illik yubileyini qeyd edən “Azərçay”a həsr edilib. BAKU.WS-in məlumatına görə, Leonid Yakuboviçin aparıcılığında efirə gedən “Pole Çudes” verilişinin qonağı Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış teleaparıcı Murad Dadaşov olub. Verilişdə Azərbaycanın rəqs, musiqi və çay ənənələri nümayiş olunub, studiyanın özü isə Azərbaycanın milli ornamentləri ilə bəzədilib. Murad Dadaşov aparıcı Leonid Yakuboviçə “Qarabağ” klubunun formasını hədiyyə edib. Formanın üzərində isə “Qarabağ”ın futbolçularının imzası olub. Bundan başqa, əməkdar artist Yakuboviçə müxtəlif Azərbaycan meyvələrindən hazırlanmış mürəbbələr və bir banka neft hədiyyə edib Maraqlı keçən verilişin qalibi Murad Dadaşov olub.Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языкеBAKU.WS
Oxşar xəbərlər
Murad Dadaşov bu gün Rusiyanın məşhur “Pole Çudes” verilişinin qonağı olacaq (VİDEO)
Rusiyanın 25 ildən artıqdır ən məşhur və reytinqli verilişlərindən olan “Pole Çudes”in bu gün efirə gedəcək buraxılışı 20 illik yubileyini qeyd edən “Azərçay”a...