Leonid Yakuboviç Heydər Əliyevlə Bakıda keçirilən gözlənilməz görüşündən danışdı (VİDEO)

Leonid Yakuboviç Heydər Əliyevlə Bakıda keçirilən gözlənilməz görüşündən danışdı (VİDEO)
Video
Şou-biznes 2843
Rusiyanın 25 ildən artıqdır ən məşhur və reytinqli verilişlərindən olan “Pole Çudes”in aparıcısı Leonid Yakuboviç Azərbaycan ümummilli lideri Heydər Əliyevlə Bakıda baş tutan görüşündən danışıb. BAKU.WS-in məlumatına görə, Yakuboviç Əliyevlə görüşü barədə məşhur “V qostyax u Dmitri Qordona” verilişndə söhbət açıb. Jurnalist Qordon Yakuboviçə belə sual verib: “Siz bir sıra dahi, görkəmli insanlarla şəxsən görüşmüsünüz. Onlardan hansı sizdə təəssürat yaradıb?” Yakuboviç bir az düşündükdən sonra Heydər Əliyevin adını çəkib. “Bakıda tədbirlərdən birində iştirak edirdim və mənə dedilər ki, Heydər Əliyev görüşmək istəyir. Bu gözlənilməz oldu. Görüşümüz baş tutur. Bu görüş mənə çox təsir. Bir çox məsələlərdən danışdıq. Onun gözləri dərya kimi dərin idi”, - deyə Leonid Yakuboviç bildirib.BAKU.WS

Son xəbərlər