Məşhurlar arasındakı qalmaqal 10 il sonra bitdi
Müğənnilər Hülya Avşarla həmkarı Yıldız Tilbe arasında yaşanan qalmaqal illər sonra bitib.
BAKU.WS xəbər verir ki, Tilbe Hülya Avşarı təhqir etmədiyini etiraf edib.
O bu barədə sosial şəbəkədə qeyd edib:
"Salam, Hülya Avşar haqqında yazılan təhqiramiz ifadələri mən səsləndirmədim.10 il əvvəl baş vermiş bir hadisədə demədiyim sözlərin mənim şəklimlə birlikdə paylaşılaraq, mən demişəm kimi işlədilməsini düzgün hesab etmirəm".
Hülya Avşar isə sənətçinin bu paylaşımını bəyənərək "ürək" işarəsi qoyub.
Qeyd edək ki, illər əvvəl Hülya Avşar Yıldız Tilbe haqqında " Çox çirkinsən. Bu sənətdən getməlisən!" sözlərini söyləyib.
Tilbe isə buna qarşılıq olaraq "Bəli, sən çox gözəlsən. Qapı zəngi kimisən; insanlar gələndə də, gedəndə də zəngi basır" cavabını verib və Hülya Avşarı təhqir etmişdi.
Oxşar xəbərlər
Bacısının toyuna getməyən Burak Özçivit: "Niyə hücum edirsiniz?"
Ötən gün məşhur aktyor Burak Özçivitin bacısı Burçun Özçivitin toyu olub. Lakin aktyor işləri səbəbindən but toya qatıla bilməyib və bacısını bu xoş gün münasib...