Mahsun Kırmızıgül xəstəxanaya yerləşdirildi

Mahsun Kırmızıgül xəstəxanaya yerləşdirildi
Şou-biznes 276

Türkiyəli müğənni və rejissor Mahsun Kırmızıgül ard-arda yaxınlarını itirməsinin ardından ürək ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi İstanbul Bakırköy Dr. Sadi Konuk Təhsil və Araşdırma Xəstəxanasının Kardiologiya şöbəsində müayinə olunub. Yoxlamalardan sonra Mahsun Kırmızıgülün səhhətində ciddi problem aşkarlanmayıb.

Qeyd edək ki, Kırmızıgül 6 dekabr 2024-cü ildə anası Faike Bazenciri itirib. Bu itkinin ardından ögey anası Zühre Bazencirin və 13 martda yaxın dostu Sərşat Erbilginin vəfatı sənətçini dərindən sarsıb.

Sosial media hesabında paylaşım edən Mahsun Kırmızıgül yaşadıqlarını belə ifadə edib: "İçim yanır, ard-arda gələn itkilər insanın qəlbini dağıdır".

Kırmızıgülə dərin psixoloji təsir göstərən son hadisələr, onun sağlamlığına da təsir edib. Xüsusilə çox sevdiyi sənətçilər Edip Akbayram və Volkan Konakın vəfat xəbərlərinin ardınca ürək ağrısı yaşayan sənətçi dərhal xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyətinin normal olduğunu açıqlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Talıb Tale: "Taleyim belə gətirdi, peşman deyiləm"

Talıb Tale: "Taleyim belə gətirdi, peşman deyiləm"

"Taleyim belə gətirdi. Niyyətim yox idi. Valideynlərim həyatda olsaydı, bu yaşa qalmazdım. Babalarım da elə 40 yaşdan sonra evləniblər. Gec evlənməyimə peşman d...

77 Şou-biznes 09:53 31 may 2026

Son xəbərlər