Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
Ötən gün məşhur türkiyəli müğənni Mahsun Kırmızıgül toy məclisində iştirak etmək üçün Bakıya gəlib.
BAKU.WS Manset.az-a istinadən xəbər verir ki, sənətçi tanınmış iş adamının oğlunun toyunda səhnə almaq üçün Bakıya üz tutub.
M.Kırmızıgül "Aral Group"un rəhbəri və bir sıra biznes obyektlərinin sahibi Ahmet Çetinin oğlu Yusufun toy məclisinə gəlib. Toy məclisinə bir sıra yüksək çinli məmurlar, iş adamları, generallar, tanınmış simalar qatılıb. Mərasim Bakının lüks restoranlarından birində baş tutub.
Qeyd edək ki, Ahmet Çetin "Aral Group"un sahibidir. O, Bakıda bina tikintisi ilə məşğuldur, eyni zamanda, bir sıra böyük biznes obyektlərinin sahibidir.
Oxşar xəbərlər
"L7" qrupunun üzvü Cennifer Finç vəfat edib
Amerikanın məşhur rok qrupu "L7"nin vokalçısı və bas gitara ifaçısı Cennifer Finç 59 yaşında dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, sənətçi uzun müddət beyi...