İrem Derici xəstəxanaya yerləşdirildi

Türkiyəli müğənni İrem Derici xəstəxanaya yerləşdirilib. Son günlər ölkədə təsirli olan virus infeksiyasına yoluxan sənətçi xəstəliyi ağır keçirdiyini bildirib.
BAKU.WS xəbər verir ki, Derici halsızlıq və güclü ishal səbəbindən konsertini ləğv etdiyini açıqlayıb. O, sosial media hesabında xəstəxanada müalicə aldığı anları paylaşaraq bunları yazıb:
"İnflyuenza, ağır ishal, halsızlıq – hər şey bir yerdə. Heç yerimi tərpədə bilmirəm. Günlərdir gözlədiyim Uşak konsertini təxirə salmalı oldum. Komandamızda da hər kəs xəstələnib. Həkim 5 gün istirahət məsləhət gördü".
Müğənni həmçinin dinləyicilərinə səslənərək, ölkədə yayılmış virusun ciddi olduğunu və hər kəsi diqqətli olmağa çağırıb:
"Virus var, diqqət edin özünüzə. Qrupdakı hər kəs xəstə, mən də tam bitmişəm".
Son vaxtlar DJ sevgilisi Melih Kunukcu ilə münasibəti ilə gündəmdə olan İrem Derici bir müddət əvvəl "Evlilik təklifi gözləmirəm, amma olarsa qəbul edərəm" demişdi. O, həmçinin ilk dəfə uşaq sahibi olmağı arzuladığını da paylaşmışdı. Lakin cütlük arasında ayrılıq iddiaları da ortaya çıxıb. Derici mövzu ilə bağlı açıqlamasında "Hazırda vəziyyətimiz qeyri-müəyyəndir, bir az fasilə verdik. Ümid edirəm, bu ara hüsranla bitməz" sözlərini deyib.

Oxşar xəbərlər
Hande Erçelin serialı gözlənilən reytinqi vermədi
Məşhur aktrisa Hande Erçellə Barış Arduçun baş rollarını canlandırdığı serial uğursuluğa düçar olub. BAKU.WS xəbər verir ki, "Aşk ve gözyaşı" serialı reytinqlər...
