Heydər Əliyev Fondu Xəzərin sahilində uşaqlara unudulmaz bir gün yaşatdı- VİDEO
03
iyl
2019
21:41
İyulun 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil etdiyi növbəti əyləncə və istirahət proqramında iştirak edib.BAKU.WS xəbər verir ki, Heydər Əliyev Fondu uşaqları paytaxtın dənizkənarı istirahət məkanlarından birində - “Dalğa Beach” istirahət mərkəzində bir araya toplayıb. Fondun təşəbbüsü ilə təşkil olunan tədbirə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşılayıblar. Nizami rayonunun 1, Suraxanı rayonunun 2, Xətai rayonunun 3 saylı uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və 11 saylı inteqrasiya təlimli internat məktəbinin sakinləri bu məkanda yay mövsümünün ovqatını hiss etdilər, günəşli günlərin qayğısız anlarını yaşadıblar.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da övladı ilə birlikdə bu şənliyə qoşulub.Balacalara xas olan hədsiz səmimiyyət və sevinclə əylənən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif oyunlarda, attraksionlarda iştirak ediblər, bu isti yay günündə hovuzda üzüblər, onlar üçün hazırlanmış müxtəlif əyləncə proqramları ilə maraqlı asudə vaxt keçirdilər, ətrafdakılarla sevinclərini bölüşüblər.Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqlarla söhbət etdi, onlar üçün təşkil edilən bu şənliklə bağlı fikirləri ilə maraqlandı, hər biri ilə şəkil çəkdirdi. Uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və inteqrasiya təlimli internat məktəbinin sakinləri təəssüratlarını bölüşdülər, burada yeni dostlar qazandıqlarını söylədilər, iştirak etdikləri oyunlar, əyləndikləri attraksionlar barədə danışdılar. Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinləri ilə görüşə növbəti hədiyyəsi ilə gəldi, onlara maraqlı və unudulmaz bir gün yaşatdı.Fondun vitse-prezidenti Leyla Əliyeva uşaqlarla birgə rəqs etdi.Hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim olundu. Şənlikdə 200-yə yaxın uşaq iştirak edirdi.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva internatda uşaqlarla birgə rəqs etdi - VİDEO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xüsusi internat məktəbində uşa...