Leyla Əliyeva internatda uşaqlarla birgə rəqs etdi - VİDEO
21
iyn
2019
10:09
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xüsusi internat məktəbində uşaqlarla rəqs edib.BAKU.WS xəbər verir ki, Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbinə gələn Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva burada uşaqlarla görüşdü, onlar üçün yaradılan şəraitlə tanış oldu.Məlumat verildi ki, 1976-cı ildən fəaliyyət göstərən bu internat məktəbi 2015-ci ildə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub. Hazırda burada 100-dən çox uşaq müalicə alır. Məktəbin nəzdində məktəbəqədər uşaqlar üçün nəzərdə tutulan Reabilitasiya-İnkişaf Mərkəzi fəaliyyət göstərir.Leyla Əliyeva müəssisədəki uşaqlarla söhbət etdi, onların əl işlərinə baxdı, fəaliyyət göstərən dərnəklərlə maraqlandı.İnternat məktəbinin sakinləri Heydər Əliyev Fondunun vitse-prezidentinə öz bacarıqlarını nümayiş etdirdilər.
Oxşar xəbərlər
Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub - FOTO
İyunun 20-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Abşeron rayonunun Sar...