Həbsdən çıxan Rəqsanədən ilk açıqlama: "Polisimizin yanındayam"

Həbsdən çıxan Rəqsanədən ilk açıqlama: Polisimizin yanındayam
Video
Şou-biznes 32

Dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

BAKU.WS xəbər verir ki, ifaçı sosial şəbəkədə video paylaşaraq azadlığa çıxdıqdan sonra onun adından yayılan qarayaxma xarakterli fikirlərlə əlaqəsinin olmadığını bildirib.

"Allaha şükürlər olsun ki, mən azadlıqdayam, bir çox məqamlar var ki, onlara aydınlıq gətirmək istəyirəm. Azadlığa çıxdıqdan sonra sosial şəbəkələrdə gördüm ki, işimlə bağlı polisə və xüsusən də daxili işlər naziri Vilayət Eyvazova qarşı həqiqətə uyğun olmayan qarayaxma xarakterli fikirlər yayılıb.

Bununla bağlı açıqlama vermək istəyirəm. Bu fikirlərin heç biri mənimlə qaynaqlanmır. Onları yalan məlumatları yaydığına görə qınayıram. Polisimizin yanındayam, cənab nazirimiz Vilayət Eyvazovun uğurlu fəaliyyətini bir vətəndaş olaraq dəstəkləyirəm. Mən onun ədalətinə güvənirəm",-deyə R.İsmayılova əlavə edib.

Son xəbərlər