Attila Balaş: "Birinci Qurultay türk dünyasının milli şüurunu gücləndirən tarixi təşəbbüs idi"
"1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda "İsmailiyyə" sarayında Birinci Türkoloji Qurultay keçirildi. Bu toplantı türk xalqlarının inteqrasiyasında yeni mərhələnin əsasını qoyan mühüm hadisə idi".
Bunu Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan layihənin növbəti buraxılışında macar şairi və tərcüməçi Attila Balaş deyib.
O qeyd edib ki, tədbirdə 131 nümayəndə iştirak edib, 14 mövzu üzrə 17 sessiya keçirilib, türklərin və ümumilikdə türk dünyasının tarixi, dili, əlifbası, etnogenezi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətindən bəhs edən 38 məruzə və təqdimat dinlənilib, müzakirə edilib. Müzakirələr nəticəsində bir sıra qərarlar qəbul edilib.
Şair vurğulayıb ki, bu, türk xalqlarının milli şüurunu gücləndirən, adət-ənənələrin qorunub saxlanmasının vacibliyinə diqqət çəkən, ədəbiyyat və mədəniyyətin inkişafına, türk xalqlarının həmrəyliyinə müsbət təsir göstərən tarixi təşəbbüs idi.
"Biz bu gün öz varlığını riskə ataraq türk xalqlarına azadlıq, inkişaf və firavanlıq gətirən gələcəyə yol göstərən böyük sələfləri minnətdarlıq hissi ilə anırıq. Birinci Qurultaya qatılan, sonradan repressiya qurbanı olmuş böyük sələfləri, türkoloqları, şərqşünasları, şairləri minnətdarlıq və qürurla xatırlayıram", - deyə o, sözlərinə əlavə edib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
KİV: İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək
İsrail xarici işlər naziri Gideon Saar yanvarın 26-da Bakıya gələcək. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, səfər bir gün davam edəcək. "Buraya bir sıra gö...