Yeni icra başçısı iki nəfəri işdən çıxardı, özünə köməkçi təyin etdi
Nəsimi Rayon İcra Hakimiyyətində (RİH) kadr islahatları aparılıb.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Elxan İbrahimov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Elbrus Məmmədov başçının köməkçisi, Elxan Qarahmədov isə Baş mütəxəssis - sürücü vəzifəsindən azad olunub.
E.İbrahimovun digər əmri ilə isə Ceyhun İsmayılov icra başçısının köməkçisi təyin edilib. C.İsmayılov bundan əvvəl də E.İbrahimovun Kürdəmir Rayon İcra Hakimiyyətində köməkçisi olub.
Xatırladaq ki, E.İbrahimov noyabrın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Oxşar xəbərlər
Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq
Sabah Sabirabad, Salyan və Saatlı rayonlarının bəzi küçə və kəndlərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin...