Ceyhun Bayramov "Napoli" - "Qarabağ" qarşılaşmasını stadiondan izləyib

Ceyhun Bayramov Napoli - Qarabağ qarşılaşmasını stadiondan izləyib
Foto
Sosial 450

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onu müşayiət edən nümayəndə heyəti İtaliyaya rəsmi səfər çərçivəsində Neapolda UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda "Napoli" - "Qarabağ" qarşılaşmasını izləyib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial media hesabında paylaşım edilib.

"Bu, Azərbaycanın Avropa futbolunda güclü mövqeyini və milli çempionlarımızı beynəlxalq arenada dəstəklədiyini nümayiş etdirən qürurverici an olub", - paylaşımda vurğulanıb.

Öz növbəsində, C. Bayramov da sosial mediada paylaşım edərək "Qarabağ"ın Azərbaycanı Avropada qürurla təmsil etdiyini vurğulayıb.

"Oyun başa çatdıqdan sonra "Qarabağ" FK-nın prezidenti Tahir Gözəl ilə birlikdə futbolçularımızı salamladıq və Avropanın ən güclü klublarından biri olan "Napoli"yə qarşı göstərdikləri qətiyyətli çıxışa görə minnətdarlığımızı bildirdik. Onlara qarşıdakı oyunlarda davamlı uğurlar arzuladım", - nazir bildirib.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Evdə işləyənlərdə ən çox bu ağrılar yaranır

Evdə işləyənlərdə ən çox bu ağrılar yaranır

Evdən işləyən insanlar uzun müddət hərəkətsiz vəziyyətdə kompüter qarşısında qaldıqları üçün daha çox bel və diz ağrılarından əziyyət çəkə bilərlər. BAKU.WS xəb...

45 Sosial 22:22 07 sentyabr 2026

Son xəbərlər