Bürclər bu günə nə vəd edir? - QOROSKOP (01.05.2018)

Bürclər bu günə nə vəd edir? - QOROSKOP (01.05.2018)
Şou-biznes 3607
BAKU.WS may ayının ilk gününün ulduz falını təqdim edir: QOÇ - Xoş gündür. İstənilən tədbirə cəsarətlə qatılın. Riskdən qorxmayın, ulduzlar uğur vəd edir. Günü dolğun yaşayın.BUĞA - Şeytani gündür. Məyusluq gətirəcək. Əgər ezamiyyətə və ya uzun müddətli səfərə hazırlaşırsızsa, bunu sabaha saxlayın. Ən yaxşısı daha sərfəli şərtlərlə hərəkət edin.ƏKİZLƏR - Gün yaxın insanlar və ya işlə bağlı məyusluq gətirəcək. İstənilən səfər və səyahət uğursuzluqla bitəcək. Maliyyə itkiləri ola bilər. Aldadıla bilərsiz. Mümkün qədər diqqətli və ehtiyatlı olun.XƏRÇƏNG - Əgər məzuniyyətə yola düşməmisizsə, bunu yaxın zamanda etməniz məsləhət görülür. Sizə istirahət vacibdir. Ulduzlar biznesmenlərə investisiya qoyuluşunda tələsməməyi məsləhət görür. ŞİR - Əməkdaşlarla və rəhbərliklə ünsiyyət üçün uğurlu gündür. Bu gün siz işlərinizdə uğur qazanacağınıza inana bilərsiz. Lakin müştərək layihəyə baş qoşmayın. QIZ - Şanslı gündür. Maliyyə məsələlərində uzunmüddətli uğur gözlənilir. Şəxsi həyatınızda da işlər qaydasında gedəcək. Bu günün təsirini həftə boyu hiss edəcəksiz.TƏRƏZİ - Yaxşı gün deyil. Çevrənizdəki insanların həyatında baş verən hadisələr - mənfi emosiyalar, qəzalar, xəstəliklər sizə təsirsiz ötüşməyəcək. Siz vəziyyəti düzəldə bilərsiz. İç dünyanızı dinləyin, hisslərinizi iqnor etməyin. Əgər başınıza pis iş gəlibsə, dərd etməyin. Hər gecədən sonra gün doğar. ƏQRƏB - Ezamiyyət və səyahət üçün əlverişli gündür. İş əhval-ruhiyyəniz aşağı olacaq. Romantik və ya dostlarla görüş yerinə düşər. Sevdiyiniz şəxslə aranız dəyə bilər, təmkinli olun.OXATAN - Narahat gündür. Peşəkar sahədə və ya doğma insanlarla münasibətdə məyusluq ehtimalı var. İstənilən maliyyə və ya işgüzar əməliyyat uğursuz alınacaq. Aldanmaq istəmirsizsə diqqətli olun.OĞLAQ - Rəhbərliyə müraciət üçün xeyirli gündür. Sözünüz yerə düşməyəcək. İstənilən tədbirə cəsarətlə qatılın. Cəhdləriniz nəticəsiz qalmayacaq.DOLÇA - Bu gün öz düşüncələrinizlə baş-başa qalacaqsız. Daha çox bilik əldə etmək istəyi yaranacaq. Təkliyə çəkilin, bu gün səs-küylü məclislər sizlik deyil. BALIQLAR - Ehtimal olunur ki, səviyyəli təşkilatların nümayəndələri sizinlə maraqlanacaqlar. İstedadınız və aktivliyiniz onlarda sizə maraq yaradacaq. Ola bilsiz sizə yeni vəzifə versinlər. Düşünmədən razılaşın. BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İstirahət gününün ulduz falı - 29.04.2018

İstirahət gününün ulduz falı - 29.04.2018

BAKU.WS günün (29 aprel) ulduz falını təqdim edir:QOÇ - Şeytani gündür. Ulduzlar doğmalarınıza qarşı aqresiyadan uzaq olmanızı məsləhət görür. Sağlamlığınızda p...

3114 Şou-biznes 00:05 29 aprel 2018

Son xəbərlər