Günün qoroskopu - (26.04.2018)
26
apr
2018
00:07
BAKU.WS - 26 aprelin qoroskopunu təqdim edir:QOÇ - Təzadlı gündür. Ulduzlar məqsədlərinizə çatmaqda sizə kömək etməyə hazırdırlar. Günün birinci yarısının müsbət tendensiyası kommersiya əməliyyatlarında uğur vəd edir. BUĞA - Gün səyahət, istirahət üçün əlverişlidir. Bu gün ortamı dəyişmək üçün də nisbətən əlverişlidir. Günün ikinci yarısında maraqlı tanışlıqlar gözlənilir. Ailə üzvlərilə xırda mübahisələr istisna deyil. ƏKİZLƏR - Bu gün istənilən səfər uğurlu alınacaq. Maliyyə vəziyyətinizdə yaxşılaşma ehtimalı var. Aldanmaqdan, ciddi təxribatdan qaçmaq istəyirsizsə tanımadığınız insanlarla ünsiyyətə girməyin. XƏRÇƏNG - Sıradan bir gündür. Günü ailənizə, uşaqlarınıza, evinizə həsr edin. Məişət qayğıları sizi məşğul edəcək. ŞİR - Səyləriniz və əməksevərliyiniz öz bəhrəsini verəcək. Tərəfdaşlarınızın məsləhətlərindən və köməklərindən imtina etməyin. Şans sizinlədir.QIZ - Bu gün kommersiya əməliyyatlarında uğur gözlənilir. Çoxdankı arzularınızın reallaşması labüddür. Xoş xəbərlər ala bilərsiz. Həyat enerjisi ilə dolusuz. Ola bilsin bu gün sizdən mühüm qərar vermək tələb edilsin.TƏRƏZİ - Yalan, ciddi təxribat, dost xəyanəti istisna deyil. Çoşğun emosional fon karyeranıza ziyan vura bilər. Axşamı ailə içində keçirin: kitab oxuyun, qohumlarla münasibətdə olun, musiqi dinləyin.ƏQRƏB - Ötən günün mənfi tendensiyası bu günə də öz təsirini göstərə bilər. Mühüm işlərdə qəti qərar vermək xoşagəlməzdir. Səbrli olun, növbəti həftə daha yaxşı olacaq. OXATAN - Uğurlu gündür. Gəlir əldə edə bilərsiz. Bu gün özünüzü yaxşı tərəfdən nümayiş etdirə bilərsiz. Öz imkanlarınızın sərhədlərini müəyyən edin. Nəhəng layihələri reallaşdırmaq cəhdiniz sizin xeyrinizə işləməyə bilər. OĞLAQ - Qətiyyətli gündür. Sizdən hansısa bir məsələdə qərar vermək tələb olunacaq. Evdəki köhnə işləri səhmana salın. Vacib işlərinizi təxirə salın.DOLÇA - Həyat potensialınız yüksəlişə doğru aparır. Yaradıcı bacarığınız, intiusiyanız artır. Bu gün dünya görünüşünüz dəyişə bilər. BALIQLAR - Günü ailənizə sərf edin. Məişət qayğıları sizi məşğul edəcək. Sizi böyük və xoş sürprizlər gözləyir. Özünüzü fiziki işlə yormayın. BAKU.WS
Oxşar xəbərlər
Günün proqnozu: Təhlükəli gündür - (25.04.2018)
BAKU.WS - 25 aprelin qoroskopunu təqdim edir:QOÇ - Ulduzların uğursuz düzülüşü münasibətlərdə problemlərdən, doğmalarla bağılı xoş olmayan xəbərlərdən xəbər ver...