24 aprelin proqnozu - QOROSKOP

24 aprelin proqnozu - QOROSKOP
Şou-biznes 2332
BAKU.WS sabahın - 24 aprelin proqnozunu təqdim edir: QOÇ – Yeni işlərin başlanğıcı üçün yaxşı gündür. Himayədarlarınız sizi tək buraxmayacaq. Buna baxmayaraq, qərar qəbul edərkən ehtiyatlı olun. Günün ikinci yarısında bütün köhnə narazılıqları kənara qoyub dostlarla görüşə bilərsiz. BUĞA - Bu gün sərfəli iş təklifləri ala bilərsiz, lakin ətraflı düşünmədən qərar verməyin. Ulduzlar həmçinin hələ iş yerini dəyişmək və ya yeni qazanc mənbələri axtarmaq məsləhət görmür. ƏKİZLƏR – Münasibətlər diqqətli və ehtiyatlı olun. Heç bir vacib qərar qəbul etməyin. Bu gün qeybət və boş danışıqlardan uzaq olun. Kimsə yenidən sizə xoşagəlməz anlar yaşatmaq istəyir. XƏRÇƏNG – Bu gün gözlənilməzliklər ola bilər. Ola bilsin, əlinizə sərfəli müqavilə bağlamaq imkanı düşdü. Ortamı, işinizi dəyişmək istəyi yarana bilər. Azacıq səbr edin, indi zamanı deyil. ŞİR – Bu gün qadın şirlər öz istedadlarını nümayiş etdirə biləcəklər. Fantaziyanızı işə salın. Yuxularınız xoşbəxt və çin olacaq. Yuxuzdakı rəqəmlər gözlənilməz xəbərə işarədir.QIZ – Gün yeni işlərin başlanğıcı üçün əlverişlidir. Yeni layihələr barədə düşünənlər himayədarların köməyindən istifadə edə bilərlər. Tərəf müqabilləri ilə danışıqların nəticəsi uğurlu olacaq. TƏRƏZİ – Gün rəngarəng və dəyişkəndir. Karyerada yüksəliş, sərfəli iş təklifi mümkündür. Yaxşı düşünün, tələsik qərar verməyin. İstənilən halda tutduğunuz mövqeni möhkəmlətməyə çalışın. ƏQRƏB – Hadisələri ayıq başla dəyərləndirməyiniz səhvlərdən qaçmağa kömək edəcək. Biznesinizi inkişaf etdirmək və ya istirahət planı qurarkən maddi durumunuzu yaxşı götür-qoy edin. Hazırda rəhbərlik və həmkarlarla yaxşı münasibətləri qoruyub saxlamaq daha vacibdir. OXATAN – Bu gün söz-söhbətdən və düşmənlərin qısasından ehtiyatlı olun. Vəd verərkən diqqətli və ehtiyatlı olun. Bu gün işlərinizdə partlayış gözləməyin. Hazırki zaman keçidi köklü dəyişikliklər üçün əlverişli deyil. OĞLAQ – Gün yeni işlərin başlanğıcı üçün əlverişlidir. Bacarığınızı göstərmərə biləcəksiz. Bu müdiriyyət və iş yoldaşları tərəfindən diqqətsiz qalmayacaq. Ola bilsin son zamanlar sizi məşğul edən arzunuzu gerçəkləşdirə bildiniz. DOLÇA – Günün devizi – məhəbbət, sakitlik və barışdır. Gün səyahət, istirahət üçün əlverişlidir. Boş vaxtinizi əziz insanlarla keçirməyə çalışın. Günün ikinci yarısında alacağınız gözlənilməz xəbər həftənin planlarını dəyişməyə vadar edəcək. BALIQLAR – Gərgin gündür. Dəyişkən əhval-ruhiyyə bir çox balıqlara çətinlik yaradacaq. Özünüzü çox yormayın. Bütün problemlərin həllində yalnız özünüzə güvənin.BAKU.WS

Oxşar xəbərlər

Ulduzlar şənbə gününə nə vəd edir? - PROQNOZ

Ulduzlar şənbə gününə nə vəd edir? - PROQNOZ

BAKU.WS homo.mail.ru-ya istinadən 21 aprelin proqnozunu təqdim edir:QOÇ- Münaqişələrdən və fikir ayrılıqlarından qaçmaq asan olmayacaq. Bu gün tez-tez iradlar v...

1733 Şou-biznes 00:13 21 aprel 2018

Son xəbərlər