Bürclər nə vəd edir? - 06 iyun
Qoç - Günün ikinci yarısı uğurludur. Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, irəliləyiş olacaq.
Buğa - Ən yaxın bildiyiniz insanları belə başa düşməkdə çətinlik çəkəcəksiniz. Onların niyyət və istəkləri sizi əsəbiləşdirə bilər.
Əkizlər - Yaxın ətrafınızdakı insanlarla problemlər yaranacaq. Günün ikinci yarısında əhvalınızı yaxşılaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edin.
Xərçəng - Bütün diqqətinizi karyera və peşəkar nailiyyətlər müstəvisinə yönəltməyiniz yaxşıdır. Ancaq həftəsonunu dincəlməyə sərf etməlisiniz. Əks təqdirdə qazandığınız pulun sizə heç bir faydası olmayacaq. Pulun köləsinə çevrilən milyonlarla insandan biri olacaqsınız.
Şir - Günün ikinci yarısında diqqətli olun. Axşam saatlarını istirahətə həsr edin.
Qız - Planlaşdırılmamış xərclər maliyyə vəziyyətinizi daha da pisləşdirəcək. Yaxın ətrafınızdakı insanların əməllərinə görə məsuliyyəti boynunuza götürməyin.
Tərəzi - Planların bir qismini nüfuzlu şəxsin yardımı və ya təsiri ilə həll edə biləcəksiniz. Amma həmin şəxsin bundan sonra işlərinizə müdaxilə etməsinə imkan verməyin. Yoxsa xoşagəlməz hadisələr baş verə bilər.
Əqrəb - Günün ikinci yarısında ehtiyatlı olun. Alət və avadanlıqlarla çalışanda diqqətli davranın. Sükan arxasında uzaq səfərlərə yollanmaq məsləhət deyil.
Oxatan - Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün günün ikinci yarısında maksimum səy göstərin. Evdə münaqişə istisna deyil. Problemin ciddiləşməsinə imkan verməyin, səmimi olun.
Oğlaq - Daha maraqlı, maaşı çox olan iş axtaracaqsınız. Günün ikinci yarısında cəsarətli ideya və fikirləri reallaşdırmaq olar. Rəğbət bəslədiyiniz insana doğru ilk addım atsanız, yaxşılığa doğru dəyişikliklər olacaq.
Dolça - Şəxsi münasibətlər baxımından əlverişli zamandır. Sevdiyiniz şəxsin planlarını, həyacanını, niyyətini sizinlə bölüşməməsi əhvalınızı korlayacaq.
Balıq - son vaxtlar dil tapa bilmədiyiniz insanlarla münasibətləri normallaşdıracaqsınız. Gəlir mənbələriniz arta bilər.
Oxşar xəbərlər
Bürclər nə vəd edir? - 04 iyun
Qoç - günün ilk yarısında yaranan problemləri dəf edə biləcəksiniz. Hətta sizə rəğbət bəsləməyən insanlarla belə, dil tapmaqda çətinliyiniz olmayacaq. Buğa - Ə...