Bürclər nə vəd edir? - 04 iyun
Qoç - günün ilk yarısında yaranan problemləri dəf edə biləcəksiniz. Hətta sizə rəğbət bəsləməyən insanlarla belə, dil tapmaqda çətinliyiniz olmayacaq.
Buğa - Ətrafınızdakı insanların hamısına kor-koranə etibar etməyin. İntriqa və ya manipulyasiyaların qurbanına çevrilmək ehtimalınız yüksəkdir.
Əkizlər - Həddən artıq emosional olacaqsınız. Əhvalınız pisləşəcək, özünüzü yorğun hiss edəcəksiniz.
Xərçəng - Gün uğurlu başlanacaq. Tənbəl və ətalətli olmayın. Dəvət aldığınız tədbirə qatılın. Yeni tanışlarla ünsiyyət sizdə pozitiv əhval-ruhiyyə yaradacaq.
Şir - günün ilk yarısı uğurlu olacaq. Planlarınızı reallaşdırın, başladığınız işləri başa vurun.
Qız - günün ilk yarısı uğursuz olacaq. Yaxın ətrafınızdakı insanlarla münasibətdə problemlər yaranacaq. Aqressiv davranmayın.
Tərəzi – Mənfi nüanslara baxmayaraq, ümidsiz olmayın. Qarşınıza dürüst və real məqsədlər qoyun.
Əqrəb - Başladığınız işləri başa vurun. İlkin işgüzar danışıqlar aparmaq, iş yerinin dəyişdirilməsi ilə bağlı məsələlər üçün həftəsonunun keçməsini gözləyin.
Oxatan - siyasi və ictimai proseslərə marağınız artacaq. Bu gün baş verənlərə, atdığınız addımlara özünüz də təəccüblənəcəksiniz.
Oğlaq - düşərli gündür. Əvvəllər çözməyə cəsarət etmədiyiniz problemlərin öhdəsindən gələcəksiniz.
Dolça - Gün uğurlu alınacaq. Sizi istənilən situasiyada dəstəkləməyə hazır insanla qarşılaşacaqsınız.
Balıq - gün gözlədiyinizdən də uğurlu olacaq. Xoş sürprizlər ola bilər.
Oxşar xəbərlər
Bürclər nə vəd edir? - 02 iyun
Qoç - Yeni biliklər və məlumatlar əldə etmək üçün münasib zamandır. Təcrübənizi artırın. Buğa - Bir sıra məsələlərin həllinin öhdəsindən asanlıqla gələcəksiniz...