Bürclər nə vəd edir? - 14 may

Bürclər nə vəd edir? - 14 may
Şou-biznes 1462
 

Qoç - Qətiyyət və iradə ilə çalışsanız, sürətli irəliləyişə nail ola bilərsiniz.Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. 

Buğa - Bütün mühüm işləri günün ikinci yarısına qədər təxirə salın. Ötən həftədən qalmış işi başa vurun. Axşam saatları qohumlarla ünsiyyət, ailə tədbirləri üçün uğurludur.

Əkizlər - Məqsədə doğru aparan yolda qarşınıza çıxan maneələrdən çəkinməyin. Günün ikinci yarısında təmkinli, səbrli davranın. 

Xərçəng - Gəlir gətirməyən işlərdən imtina edin. Sizinlə əlaqə saxlayan insandan yeni iş, layihə və ya sifariş ala bilərsiniz.

Şir - Yaxın gələcəklə bağlı planlarınızda zəruri dəyişikliklər aparmalı olacaqsınız. Axşam saatlarını aiənizə həsr edin. 

Qız - Qarşınıza konkret məqsədlər qoyubsunuzsa, onları reallaşdırmaq üçün maksimum səy göstərin. Günün ikinci yarısında çətin qərarlar vermək zərurəti ilə üzləşəcəksiniz. 

Tərəzi - Başqalarının uğurlarına paxıllıq etməyin. Əksinə, rəqiblərin nailiyyətlərini öz nöqsanlarınızdan qurtulmaq üçün əlavə stimul kimi qəbul edin.

Əqrəb - Emosiyalara qapılmayın, düşünülməmiş addımlar atmayın. Etibar etdiyiniz insanla axşam saatlarında sizi narahat edən məsələləri müzakirəyə çıxarmaq olar.

Oxatan - Yaxşı xəbərlərlə yanaşı, əsəblərinizi korlaya biləcək məlumatlar da ala bilərsiniz. Bir qədər əvvəl çəkdiyiniz zəhmət nəticəsini verəcək. 

Oğlaq - Aktual problemləri etibar etdiyiniz insanlarla müzakirə edin. Məişət problemlərinizi ailə üzvləri ilə həll etməyiniz məsləhətdir.

Dolça - Məqsədə doğru aparan yolda çeşidli problemlər yarana bilər. Yeni, maraqlı irsanlarla tanış olacaqsınız. 

Balıqlar - Ailə üzvlərinin tələblərini, istəklərini nəzərə alın.Yaxın gələcəklə bağlı planları müzakirə edin, mümkün perspektivləri nəzərdən keçirin. Səfər və ya dar çərçivədə görüş əsnasında gözlənilməz, xoş tanışlıq mümkündür. 

Oxşar xəbərlər

Günün ulduz falı: doğru yoldasınız

Günün ulduz falı: doğru yoldasınız

BAKU.WS bu günün ulduz falını təqdim edir: Qoç - Bu gün görüləsi işləri başa vurmaq üçün səy göstərin. Məqsədlərinizə çatmağa çalışın. Çətin işlərin öhdəsindən...

1351 Şou-biznes 08:29 04 dekabr 2015

Son xəbərlər