Günün ulduz falı - 27.04.2018
27
apr
2018
00:02
BAKU.WS sabahın - 27 aprelin ulduz falını təqdim edir:QOÇ – Təhlükəli, kritik gündür. Əhval-ruhiyyəniz kəskin şəkildə düşə bilər, baş ağrılarınız gözlənilir. Kənar şəxslərlə qarşı-qarşıya gəlməniz sizin xeyrinizə işləməyə bilər. Həyat üçün təhlükəli vəziyyət yarana bilər.BUĞA – Gün ikili xarakter daşıyır; birinci yarısı görüşlər və ünsiyyət üçün uğurludur. Tərəf müqabilinizlə münasibətlərinizi möhkəmlədə, eləcə də əhatənizi genişlədə bilərsiz. Özündən razılıq hissi yarana bilər. Bu isə şəxsi və karyera sahəsində anlaşılmazlığa gətirib çıxaracaq.ƏKİZLƏR – Səsli-küylü kompaniyalardan uzaq olun. Yaxın insanla münaqişə yarana bilər. Yalnız təxirəsalınmaz məişət problemlərilə məşğul olun. İşlərinizi mümkün qədər sabaha saxlayın.XƏRÇƏNG – Daxili dünyanız təzadlarla doludur. Ürəyinizin səsinə qulaq asın. Yalnız bu yolla rahatlıq tapa biləcəksiz. ŞİR – Sağlamlığınız üçün təhlükəli gündür. Özünüzü qoruyun. Xırda xoşagəlməzliklər kefinizi poza bilər. Münasibətlərdə təmkinli olun.QIZ – Kritik gündür. Qeyri-stabil əhval-ruhiyyə nümayiş etdirəcəksiz.Zəif əsəb sisteminiz hər xırda məsələyə qıcıq olmanıza səbəb olacaq. TƏRƏZİ – Yaxşı gündür. Bu gün əliaçıq olun. Çoxdan istədiyiniz əşyanı ala bilərsiz. Bütün işlərinizi gələn həftəyə təxirə salın və günü ailənizə həsr edin.ƏQRƏB – Bu gün planlarınızda dəyişiklik hazırlayır. Tanışlıq və səyahət üçün əlverişli gündür. Yeni təəssürlara çox ehtiyacınız var. Mənəvi və psixoloji durumunuzu yalnız bu üsulla stabilləşdirə bilərsiz.OXATAN – Yeni tanışlıqlarda diqqətli olun. Kimsə sizin güvəninizdən öz məkrli məqsədlərində istifadə edə bilər. Bu isə sizi məyus edəcək. Aldanmamaq üçün heç kimə güvənməyin.OĞLAQ – Çalışın özünüzü şəxsi maraqlarınız və sevimli məşğuliyyətinizlə tam yükləməyin. Ünsiyyət üçün yer saxlayın. Sizin diqqətsizliyinizdən əzab çəkən yaxınlarınız barədə düşünün. Sağlamlığınızı və əsəblərinizi qoruyun. DOLÇA – Gün itkini simvolizə edir. Buna görə də böyük həcmli alış-verişlərdən imtina edin, xərcləri məhdudlaşdırın, əşyalara ehmal yanaşın. Ailə münasibətlərində gərginlik gözlənilir.BALIQLAR – Xoş və xoş olmayan gözlənilməzliklər ola bilər. Ola bilsin sərfəli müqavilə bağlamaqda bəxtiniz gətirəcək. Yalnız bütün gücünüzü və diqqətinizi həmin işə yönəltsəniz uğur qazana bilərsiz. BAKU.WS
Oxşar xəbərlər
Günün qoroskopu - (26.04.2018)
BAKU.WS - 26 aprelin qoroskopunu təqdim edir:QOÇ - Təzadlı gündür. Ulduzlar məqsədlərinizə çatmaqda sizə kömək etməyə hazırdırlar. Günün birinci yarısının müsbə...