Bu gün Çingiz Abdullayevin ad günüdür
Bu gün Azərbaycanın məşhur yazıçısı, kitabları bütün dünyada bestseller olan Çingiz Abdullayevin ad günüdür.
BAKU.WS-in məlumatına görə, yazıçının 58-ci yaş günüdür. Azərbaycan detektiv yazıçısı, nasir, publisist, 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru olan Çingiz Abdullayev 2015-ci ildən etibarən "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri kimi də fəaliyyət göstərir.
Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində doğulub.
O, Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayıb. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edib. Rus dilində yazıb-yaradan Abdullayev İngilis və italyan dillərində sərbəst danışır. Onun əsərləri xarici dillərdə tərcümə olunaraq Almaniya, İrlandiya, Fransa, Rusiya və s ölkələrdə kütləvi tirajla buraxılıb.
Yazıçının 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. Çingiz Abdullayev 194 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırıb.
Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib. O, 2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Bütün dünyada tanınan 10 məşhur azərbaycanlı (FOTO)
Dünyada tanınmış və Azərbaycanı tanıdan 10 azərbaycanlı ilə siz də tanış olun. BAKU.WS sizin diqqətinizə bütün dünyada tanınan və sevilən azərbaycanlılardan i...