Azərbaycanın canlı əfsanəsi 88 yaşında pianoda ifa etdi (VİDEO)

Azərbaycanın canlı əfsanəsi 88 yaşında pianoda ifa etdi (VİDEO)
Video
Şou-biznes 1579

 

Azərbaycanın "Xalq artisti” Çingiz Sadıxovun sosial şəbəkələrdə maraqlı videosu yayılıb.

BAKU.WS-in məlumatına görə, canlı əfsanə Müslim Maqomayevin oxuduğu Azərbaycan mahnısını pianoda ifa edib. Çingiz Sadıxovun videosunu aparıcı Hacı Nuran öz Instagram hesabında paylaşıb.  

Qeyd edək ki, Çingiz Sadıxov 1953-1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971-1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981-1990-cı illərdə "Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, 1973-1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və muəllimi, 1983-1986-cı illərdə mədəniyyət və turizm nazirinin məsləhətçisi, 1991-1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərib. 

Məşhur Azərbaycan muğənniləri Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləmiş, onları royalda müşayiət edib. 1994-cu ildən ABŞ-da San-Fransisko şəhərində yaşayır. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunub. 

Azərbaycanın tanınmış musiqicisini 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelozi Çingiz Sadıxova təbrik məktubu göndərib. 1959-cu ildə Azərbaycanın "Əməkdar artisti”, 1987-ci ildə "Xalq artisti” fəxri adlarına layiq görülüb.

2009-cu ildə oktyabrın 28-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif edilib. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Prezident Oqtay Zülfüqarovun vəfatı ilə əlaqədar başsağlığı verib

Prezident Oqtay Zülfüqarovun vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət nümayəndələri, incəsənət xadimləri tanınmış bəstəkar Oqtay Qədir oğlu Zülfüqarovun vəfatı ilə əlaqədar baş...

850 Siyasət 19:21 31 avqust 2016

Son xəbərlər