Bakıda 3,4 milyon dolları ələ keçirən şəxsin atası axtarışa verilib

Bakıda 3,4 milyon dolları ələ keçirən şəxsin atası axtarışa verilib
Hadisə 4406

Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayevin atası Çingiz Abdullayev barəsində cinayət işi başlanılıb.

Bu barədə Report-a vəkil Bəxtiyar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Ç.Abdullayevə 5 maddə üzrə ittiham irəli sürülüb: "Loğman Abdullayevin cinayət işi ilə əlaqədar onun atası Çingiz Abdullayevə cinayət işi açılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Çingiz Abdullayev Cinayət Məcəlləsinin (CM) 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170. 3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinir”.

B.Hacıyev bildirib ki, Ç.Abdullayev səhhəti ilə bağlı ölkə xaricində olduğu üçün onun barəsində axtarış elan edilib: "Bu cinayət işində Loğman Abdullayevin qaynı Gəray Abdullayev də həbs edilib. Lakin həmin şəxsin heç bir günahı yoxdur. Onun atası Çingiz Abdullayevin də oğlunun əməlindən xəbərsizdir. Hazırda Çingiz Abdullayev səhhəti ilə bağlı xarici ölkədə müacilə olunur”.

Vəkil əlavə edib ki, Ç.Abdullayevin cinayət işi ayrıca icraata verilib.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Nurlan Bayramov, Gəray Abdullayev və Tural Qasımov saxlanılıb.

Nərimanov Rayon Məhkəməsində F.Tağıyev, R.Hacıyev və T.Qasımov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Həmin şəxslər CM-nin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170. 3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunurlar.

Təqsirləndirilən şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə baxılır.

BAKU.WS

Oxşar xəbərlər

Akif Çovdarov öz cinayətləri ilə tanış olmaq istəmir

Akif Çovdarov öz cinayətləri ilə tanış olmaq istəmir

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovda...

1743 Hadisə 13:55 29 avqust 2016

Son xəbərlər