Beyonsenin konsertində VIP qonaqlar arasında dava düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Kaliforniya ştatında Beyonsenin "Cowboy Carter" səfər konsertinin açılış gecəsində VIP zonada bir qrup qadın arasında dava olub.
BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, hadisə qadınlardan birinin digərinin kovboy şapkasını atması ilə başlayıb və fiziki toqquşmaya çevrilib.
Görüntülərdə qadınların bir-birini yerə itələdiyi, kənardakılardan bir kişinin araya girərək davaya müdaxilə etdiyi görünür.
Konsert zamanı Beyonse 7 yaşlı qızı Rumi və 13 yaşlı qızı Blue Ivy-ni də səhnəyə çıxarıb. Lakin konsertin 70 min nəfərlik stadionunda 3 mindən çox boş yer qalması və bilet qiymətlərinin yüksək olması səbəbindən səfər konsertləri tənqid edilib. Konsert səfəri 26 iyulda Las-Veqasda başa çatacaq.
Qalereya
Oxşar xəbərlər
Miri Yusif "ağsaqqal" sözünə təəccübləndi
Xalq artisti Miri Yusifə ilk dəfə "ağsaqqal" deyə müraciət edilib. BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə paylaşım edib...