13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Dekabrın 15-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın rəhbərlik etdiyi musiqi məktəbinin tələbələrinin "Duet" adlı konsert proqramı keçirilib.

BAKU.WS xəbər verir ki, ilk olaraq səhnəyə çıxan aparıcılar Lətafət ƏləkbərovaHüseyn Məmmədsalahov tamaşaçıları salamladılar, musiqi məktəbinin fəaliyyəti və keçirdiyi silsilə konsertlər haqda məlumat veriblər.

Hüseyn Məmmədsalahov, Lətafət Ələkbərova və Fidan Hacıyeva

Konsertdən əvvəl çıxış edən Xalq artisti Fidan Hacıyeva ona göstərilən dəstəyə və yaradıcılığına verilən yüksək qiymətə görə tamaşaçılara minnətdarlığını bildirib.

Daha sonra Vokal Musiqi Məktəbinin tələbələri öz istedadlarını nümayiş etdiriblər. Gecə boyu Azərbaycan və dünya bəstəkarlarının məşhur əsərləri səslənib. Eyni zamanda, məktəbdə dərs deyən müəllimlər Arzu QurbanovaNailə Xasıyevanın solo ifaları tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.

Fidan Hacıyevanın oğlu Çarlz

Konsert zamanı F. Hacıyeva sürprizlə də üzləşib. Belə ki, aparıcılar gözlənilmədən səhnəyə onun 5 yaşlı Çarlz adlı oğlunu çıxarıblar. Çarlz tamaşaçılar üçün "Santa Lucia" mahnısını ifa edib.

Musiqili gecənin tamaşaçıları arasında olan məşhur sənət adamları, ictimai xadimlər Fidan Hacıyevanı tələbələrinin uğurlu çıxışı münasibəti ilə təbrik ediblər.

Konsert proqramı Azərbaycanın korifey sənətkarı Rəşid Behbudovun "Azərbaycan" mahnısı ilə sona çatıb.

Fotolar: @raminaslanov_
BAKU.WS