Azərbaycanın xalq artisti vəfat etdi
31
dek
2017
10:54
Dekabrın 30-da Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov vəfat edib.BAKU.WS AZƏRTAC-a istinadən bildirir ki, maestro Sadıxov 1929-cu ilin aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. Sonradan Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında, professor Aleksandr Qoldenveyzerin sinfində oxuyub.Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 16 saylı Bakı musiqi məktəbinin direktoru, "Azkonsert" yaradıcılıq birliyinin bədii rəhbəri, Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, mədəniyyət və turizm nazirinin məsləhətçisi, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb.Çingiz Sadıxov Azərbaycanın Əməkdar Artisti və Xalq Artisti fəxri adları ilə təltif olunub.BAKU.WS
Oxşar xəbərlər
DTX Mədəniyyət Mərkəzinin əməkdaşları təltif edilib - SİYAHI
Azərbaycan prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarının “Tərəqqi” medalı ilə tə...