Prezidentdən təqaüdlərlə bağlı sərəncam (SİYAHI)
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.
BAKU.WS AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" Azərbaycan Respublikası prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli fərmanına uyğun olaraq qərara alıram:
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:
Bağırov Emil Oqtay oğlu - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi
Əhmədzadə Emil Kinyaz oğlu - Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdi
Eminzadə Emin Xəzər oğlu - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi
Hacızadə Suada Elxan qızı - Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi
Hüseynov Orxan İsa oğlu - Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi
Hüseynzadə Lalə Natiq qızı - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi
Məcidov Elman Aydın oğlu - Hamburq Musiqi və Teatr Ali Məktəbinin tələbəsi
Omarlı Şükür Şəfi oğlu - Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdi
Quliyev Ağarəhim Vaqif oğlu - Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdi
Səmədli Soltan Bayram oğlu - Azərbaycan Milli Konservatoriyasının tələbəsi".
BAKU.WS
Oxşar xəbərlər
Prezidentdən yarım milyonluq sərəncam
Prezident İlham Əliyev Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. B...