Prezident konsulları geri çağırdı

Prezident konsulları geri çağırdı
Siyasət 3477
 

Prezident İlham Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq və Yekaterinburq  şəhərlərində baş konsul vəzifələrini icra edən şəxslərin geri çağırılmasına dair sərəncamlar verib. BAKU.WS-in məlumatına görə, prezidentin rəsmi saytında yerləşdirilən sərəncamların mətnində deyilir:

"E.İ.Qulamovun Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elşad İlyas oğlu Qulamov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın."

"S.M.Qasımovun Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sultan Məhəmməd oğlu Qasımov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın."

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər