İlham Əliyev 8 diplomatı geri çağırdı
Azərbaycan prezidenti İlham Əliyev 8 diplomat və səlahiyyətli şəxsin geri çağırılması ilə bağlı sərəncam imzalayıb.
BAKU.WS-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Tofiq Zülfüqarovun ölkəmizin Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamları ilə Elxan Qəhrəmanov Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri postundan, Məmməd Əhmədzadə ölkəmizin Argentina və eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvay Şərq Respublikasında səfiri vəzifəsindən, Vəhdət Sultan-zadə ölkəmizin Türkmənistanda və eyni zamanda Əfqanıstandakı səfiri vəzifəsindən, Zakir Həşimov isə Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırılıb. Bundan başqa, prezidentin digər sərəncamı ilə Rəşad Məmmədov Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulu vəzifəsindən geri çağırılıb. Azərbaycan prezidenti İlham Əliyevin başqa sərəncaml ilə Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən, Həsən Zeynalov Türkiyənin İstanbul şəhərində Azərbaycanın baş konsulu və eyni zamanda Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Fransanın acısını paylaşdı
Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib. BAKU.WS-in məlumatına görə, prezident İlham Əliyev və xanımı, UNESCO-nun xoşməram...