İlham Əliyev Arif Məmmədovu rütbəsindən məhrum etdi

İlham Əliyev Arif Məmmədovu rütbəsindən məhrum etdi
Siyasət 5246

 

Prezident İlham Əliyev  Arif Məmmədovun Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilməsi haqqında sərəncam imzalayıb.

BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini və "Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsini rəhbər tutaraq qərara alıram: Arif Zahid oğlu Məmmədov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilsin".

Xatırladaq ki, Arif Məmmədov 1964-cü il sentyabrın 22-də anadan olub. 1983-1988-ci illərdə Moskva Hərbi Xarici Dillər İnstitutunda təhsil alıb. 2000-ci ilin may ayından 2006-cı ilin noyabr ayınadək Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri işləyib. 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi olub. 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri və bu təşkilatın ilk səfiri idi.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev daha bir naziri işdən çıxardı

İlham Əliyev daha bir naziri işdən çıxardı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS-in məl...

4969 Siyasət 15:33 12 noyabr 2015

Son xəbərlər