"15 ilimiz tamam oldu" - Xalq artisti ingilis əri ilə tədbirdə (FOTOLAR)
13
sen
2018
09:57
Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva həyat yoldaşı Filiplə tədbirlərin birində fotokameramıza tuş gəlib. BAKU.WS-ə açıqlama verən opera ifaçı bir müddət əvvəl ailəsində iki əlamətdar günü qeyd etdiyini deyib:"Sentyabrın 7-də həm mənim doğum günüm idi, həm də həyat yoldaşımla 15 ilimiz tamam oldu. Filip mənim üçün gözəl gül çələngi aldı və ildönümüzü təbrik etdi. Bilirsiniz ki, 3 övladımız var. Onların tərbiyəsi ilə məşğul oluram. Musiqi məktəbimdə də işlər qaydasındadır. Bildiklərimi tələbələrimlə bölüşürəm. Bu sənətdə əsas məqsədim Azərbaycan klassik musiqisini həm ölkəmizdə, həm də xaricdə tanıtmaqdır". Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
Nazpəri nəvəsinin doğum gününü belə təbrik etdi - VİDEO
Xalq artisti Nazpəri Dostəliyevanın ailəsində xoş gün yaşanır. BAKU.WS xəbər verir ki, xalq artisti nəvəsinin videosunu şəxsi "Instagram" hesabında paylaşıb və...