Azərbaycanın xalq artisti ad günündə dünyasını dəyişdi (FOTO)
Xalq artisti Xumar Zülfüqarova ad günündə dünyasını dəyişib.
BAKU.WS-in məlumatına görə, xoreoqrafiya üzrə sənətkarın ölümü barədə Azərbaycan Rəqs Assosiasiyası məlumat yayıb. O, 90 yaşında həyatını itirib.
Qeyd edək ki, xalq artisti 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olub.
Xatırladaq ki, xoreoqraf iyulun 2-də 90 yaşını qeyd edib.
İman
BAKU.WS
Oxşar xəbərlər
Xalq artisti Qəndab Quliyeva ilə vida mərasimi keçirilir
"Təzəpir" məscidində Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva ilə vida mərasimi keçirilir. BAKU.WS APA-ya istinadən, vida mərasimində mərhumun yaxınl...