Zeynəb Xanlarovanın 80 illik yubileyidir (FOTO)

Zeynəb Xanlarovanın 80 illik yubileyidir (FOTO)
Şou-biznes 2298

Bu gün SSRİ və Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.

BAKU.WS xəbər verir ki, görkəmli sənətçinin 80 yaşı olur.

Zeynəb Yəhya qızı Xanlarova 1936-cı ildə Bakı şəhərində anadan olub. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb.

Ü.Hacıbəyovun "Leyli və Məcnun”, "Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Sənətkarın repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.

Z.Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. "Şöhrət” ordeni ilə təltif edilib. 1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-ci ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.

 

Aysel.Ş

BAKU.WS

 

Oxşar xəbərlər

Prezident Zeynəb Xanlarovaya orden verdi

Prezident Zeynəb Xanlarovaya orden verdi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə görkəmli müğənni, Xalq artisti Zeynəb Xanlarov...

2845 Siyasət 13:49 26 dekabr 2016

Son xəbərlər