Flora Kərimova 75 yaşında belə dəyişdi (FOTO)
Bu gün xalq artisti Flora Kərimovanın 75 yaşı tamam olur.
BAKU.WS xəbər verir ki, sənətkarın yeni görünüşdə fotosu yayılıb. Müğənninin stili üzərində Anar Ağakişiyev çalışıb. F.Kərimovanın bu fotosu hər kəsi təəccübləndirib.
Qeyd edək ki, sənətkar 1941-ci ilin bu günü Bakıda anadan olub.
O, 1964–cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977-ci ildə Konservatoriyanı bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar” ansamblında, 1960-cı illərdə Filarmoniyada çıxış edib.
1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.
Klassik Avropa operası ( nümunə üçün "Qayınana" filmində "Dilbərin" ariyası , "Sular qızı" romansı ), milli opera janrı (doqquz dəfə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun " operasında Leyli), xalq mahnıları, bəstəkar mahnılarının, klassik art-estrada janrlarının ustad ifaçısıdır. Azərbaycan klassik art-estrada janrının banisidir.
Bəstəkar Elza İbrahimova, məxsusi olaraq Flora Kərimovanın səsi üçün "Afət" operasını bəstələyib.
Opera və Balet Teatrında "Leyli və Məcnun" operasında Leyli kimi çıxış edib.
"Qanun naminə" (1968) bədii filmində çəkilib. Əsrarəngiz səsi, bəşər tarixində yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir.
F.Kərimovanın sözügedən fotolarını oxuculara təqdim edirik:
BAKU.WS
Oxşar xəbərlər
Təhsil nazirinin keçmiş müavini vəfat edib
Azərbaycan təhsil nazirinin sabiq müavini vəfat edib. BAKU.WS Report-a istinadən məlumat verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Ma...