Fidan Hacıyeva səfir seçildi - FOTOLAR
25
sen
2018
17:50
Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, xalq artisti Fidan Hacıyeva "Həyat" Fondunun səfiri seçilib. BAKU.WS-in məlumatına görə, Fondun təsisçisi Hacı Nuran Hüseynov xalq artistinə döş nişanını təqdim edib.F. Hacıyeva bu münasibətlə təəssüratlarını saytıımızla bölüşüb:"Ümumiyyətlə, mən rəhbərlik etdiyim musiqi məktəbimlə bərabər daim xeyriyyə kampaniyalarında iştirak edirəm, tez-tez valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkirik, qocalar evini ziyarət edirik. Bu gün isə çox hörmətli Hacı Nuran Hüseynov musiqi məktəbimizin qonağı oldu. Onun üçün hazırladığımız kiçik konsert proqramını izlədi. Gördüyümüz işləri yüksək dəyərləndirən Hacı Nuran sonda məni Fondun səfiri seçdi və döş nişanı ilə təltif etdi. Bundan sonra "Həyat" Fondu ilə də bərabər müxtəlif sosial layihələrdə iştirak edəcəyik". Xatırladaq ki, bu günə qədər xalq artistləri Ənvər Sadıqov, Murad Dadaşov, əməkdar artist Röya Ayxan, tanınmış iş adamı Ruhi Əliyeva və başqa məşhurlar "Həyat" Fondunun səfiri seçiliblər. Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
"15 ilimiz tamam oldu" - Xalq artisti ingilis əri ilə tədbirdə (FOTOLAR)
Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva həyat yoldaşı Filiplə tədbirlərin birində fotokameramıza tuş gəlib. BAKU.WS-ə açıq...