SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Vüsalə Əlizadə şəxsi həyatı ilə bağlı yenidən gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, “Onun sirri” verilişinə qatılan aparıcı şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib. Vüsalə ailə həyatının dağılmasında heç bir günahının olmadığını və onu qorumaq üçün hər cür riskə getdiyini bildirib:

“Artıq 9 il keçib. Qızım Diləyin 1 yaşı tamam olduqdan sonra ayrıldıq. İndiyə qədər heç vaxt heç yerdə o insanla bağlı xoşagəlməz söz işlətməmişəm. Bunu ailəmdən aldığım tərbiyəmə və qız uşağı böyütdüyümə görə etmişəm.

Çox vaxt olub, adım yersiz hallanıb, tənqidlərə məruz qalmışam, amma mən susmuşam. Bu haqda və o insanla bağlı heç nə danışmaq istəmirəm. Onun ailəsi var, özü bilər, həyatını yaşasın, mən övladımla çox xoşbəxtəm.

Qohum-əqrəba və yaxınlar bilir ki, mənim bu ailənin dağılmasında bir qram belə olsa, səhvim olmayıb. Sadəcə biz anlaşa bilmədik, böyük problemlərimiz yarandı və ayrıldıq.

Mən ailə həyatında sağlığını təhlükə altına ataraq övlad dünyaya gətirmək üçün ölümünə imza atan adamam. Böyrək köçürüldükdən sonra Azərbaycanda övlad dünyaya gətirən ilk qadınam. Bir çox xanımların risk etmədiyini mən etdim.

Mənə deyildi ki, uşağı tələf etmək lazımdır. Sənəd istədim, imzaladım. Ailəmi qorumaq üçün hər riskə getmişdim”.

Qeyd edək ki, Vüsalə Əlizadə keçmiş əri Azər Zahidlə 2013-cü ildə qalmaqallı şəkildə boşanıb. Cütlüyün bu evlilikdən Dilək adlı bir qızı var.

BAKU.WS