İraqda kişi öz şirinin hücumuna məruz qalaraq həlak olub

İraqda kişi öz şirinin hücumuna məruz qalaraq həlak olub
Dünya 59

İraqın Nəcəf vilayətində ev şəraitində saxlanılan şir sahibi olan 50 yaşlı kişini parçalayıb və onun cəsədinin böyük hissəsini yeyib.

BAKU.WS xəbər verir ki, bu barədə "Rudaw" agentliyi məlumat yayıb. Hadisə 8 may tarixində Əl-Kufə şəhərində baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, vəhşi heyvan kişiyə onun evinin bağında hücum edib. Polis nümayəndəsi bildirib: "Şir onun bədəninin böyük hissəsini yeyib. Heyvan meyitdən uzaqlaşmaqdan imtina etdiyi üçün biz atəş açmağa məcbur olduq."

Məlumata görə, həlak olan şəxs uzun illərdir həyətində şirlər və digər vəhşi pişik növləri saxlayırmış. "Rudaw" qeyd edir ki, İraqda ekzotik heyvanların qanunsuz alverinə qarşı mübarizə aparılsa da, bu heyvanlara tələbat yüksəkdir və qanunlar demək olar ki, tətbiq olunmur.

Son xəbərlər