Tanınmış plastik cərrah Türkan Gündüzü öldürən əri qətlin detallarını açıqlayıb

Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirən əri, Türkiyə vətəndaşı Muhammet Gündüzün cinayət işi üzrə bəzi detallar məlum olub.
BAKU.WS xəbər verir ki, 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüz aralarında yaranmış mübahisə zamanı arvadı Türkanə Gündüzə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb.
Hadisə 2023-cü il mayın 7-də Novxanı qəsəbəsində baş verib. 1982-ci il təvəllüdlü Türkan Gündüzlə Muhammet Gündüz arasında yaranmış mübahisə zamanı arvadı Türkanə Gündüzə bıçaqla xəsarət yetirərək qəsdən öldürülüb.
Muhammet Gündüz hüquq-mühafizə orqanlarına ifadəsində bildirib ki, qətli törətməzdən əvvəl yoldaşı ilə mübahisə edib: "Məni dəfələrlə təhqir etdi. Mən də dözməyib onun üzərinə qəndqabını atdım. O, mənim üzərinə gəldi və meyvə bıçağı ilə onu vurdum. Bıçaq ona dəydi və qan çıxmağa başladı. Daha sonra mən qanı gördüm və özümü itirdim. Çox peşmaqnam. Bıçağı mən həm özümə, həm arvadıma, həm də uşaqlarıma vurmuş oldum. Hadisəni törədən zaman yoldaşım otaqdan çıxmaq istəyirdi və qızım Sibel bunu gördü".
Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Muhammet Gündüz 17 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
General Şahin Mirzəyevin işi təftiş edilir?
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində (FHN) yoxlamalar aparılması ilə bağlı məlumatlar yayılıb. Qeyd edilir ki, yoxlamalar nazirliyin id...
